Bakı və Xaçmaz bölgələri üzrə Supervayzer (Qrup Rəhbəri)

İşin təsviri

İdarə: Marketinq və satış idarəsi

Şöbə:  Satış şöbəsi 

Vəzifə: Satış üzrə bölgə Nümayəndəlikləri və Supervayzerlər (Qrup Rəhbərləri) 

Tabeçilik: Satış şöbəsinin rəhbəri

Vəzifə:  Bakı və Xaçmaz bölgələri üzrə Supervayzer (Qrup Rəhbəri)

Satış üzrə bölgə nümayəndəliklərinin və supervayzerlərin vəzifələri:

• Satış əməkdaşlarını idarə edir ( Hər supervayzer 5-10 arası əməkdaşa nəzarət edir)
• Fəaliyyət göstərdiyi və onun səlahiyyətində bölgələrin planını hazırlayır və satış rəhbərindən aldığı təlimatlara əsasən satış hədəfləri qoyur
• İşçilərin iş bölgüsünü, ərazi bölgüsünü hazırlayır və icrasına nəzarət edir.
• Aktiv olmayan müştərilərin hesabatını hazırlayır.
• Aktiv olmayan satış nöqtələrini aktivləşdirmək üçün görüşlər təşkil edir və ya satış əməkdaşlarını bu məntəqələrlə görüşünü təmin edir və nəzarətdə saxlayır.
• Əməkdaşlığı dayandıran satış nöqtələri ilə görüşərək, problemlərin nədən qaynaqlandığını araşdırır
• Pilot layihələrin təşkilini edir və subardinasiya üzrə satış şöbəsinin rəhbərinə hesabat verir.
• İşçiləri yeni məhsullar haqqında məlumatlandırır, məhsulun təqdim edilmə metodlarını göstərir
• Satış rəhbərinin qoyduğu planların icrasını təmin edir
• Problemli müştərilərlə görüşür, problemlərin həlli istiqamətində işlərin görülməsini təmin edir
• Satış əməkdaşlarını rutlarını müəyyənləşdirir
• Satış nöqtələri üzrə kampaniyaların təşkil edir, rəflərin əldə edilməsi üzrə danışıqlar aparır
Müştəriləri kateqoriyalara bölür və bu nöqtələrin siyahıya almasını aparır və əməkdaşlığın qurulması üçün tədbirlər görür.
• Ticarətin əsas həcminin təşkil edildiyi yerləri müştəri portfelinə əlavə etmək üçün satış şöbəsinin rəhbərinə təkliflər təqdim edir.
• Müştəri ehtiyyacları ilə bağlı marketinq araşdırmaları şöbəsini və satış rəhbərini məlumatlandırır
• Satış əməkdaşlarının KPİ-lərini nəzarətdə saxlayır və fərdi şəkildə satış əməkdaşları ilə işləyir
• Məhsulların dərininə xətt üzrə satışını yəni eyni məhsulun bütün çeşidlərinin satışı üçün satış əməkdaşlarına təkliflər verir və ya birbaşa satış nöqtəsi ilə özü görüşür.
• Satışa dəstək materiallarına tələbin müəyyən edir və satış şöbəsinin rəhbəri ilə razılaşdırır
• Rəqib məhsulların qiymətlərini əldə etmək üçün satış əməkdaşlarına təlimatlar verir
• Marketinq araşdırmaları şöbəsini tələb olunan informasiyalarla təmin edir

Tələblər

• Mövcud sahədə azı iki il iş təcrübəsinin olması
• Satış və marketinq ixtisası üzrə iş təcrübəsinin olması
• Marketinq miks elemenləri haqqında geniş təsəvvürün olması və bu anlayışlara əsasən təkliflər hazırlamaq bacarıqlarının olması
• HORECA istiqamətində çalışacaq nümayəndəlik rəhbərləri və ya supervayzerlər rus dilini bilməsi arzu olunandır.
• Problemləri müəyyən etmək, həll yolu tapmaq bacarıqlarının olması
• Qoyulan planları icra etmək üçün səlahiyyətində olan hər bir satış işçisini idarə etmək və müvafiq təlimatlar vermək
• Liderlik qabiliyyətinin olması
• Ünsiyyətcil və geniş əhatə dairəsi olan, insanlarla münasibət qurma qabiliyyətinin olması
• Sürücülük vəsiqəsinin olması şərtdir

Vakansiya ilə bağlı CV-ləri  [email protected]  ünvanına göndərin