Maliyyə İşləri üzrə Menecer

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 13.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə İşləri üzrə Menecer

Əsas vəzifə borcları.

1. Məhsulun (iş, xidmət) istehsalı və reallaşması prosesində bütün növ resursların daha səmərəli istifadə edilməsi və maksimum gəlir əldə etmək məqsədi ilə müəssisənin maliyyə resurslarının hərəkətinin idarə edilməsini və bazar şəraitində təsərrüfat subyektləri arasında yaranan maliyyə münasibətlərinin tənzimlənməsini təşkil edir;
2. Şirkətin maliyyə strategiyasının hazırlanmasını və onun maliyyə sabitliyini təmin edir;
3. Perspektiv və cari maliyyə planlarının, proqnoz balanslarının və maliyyə vəsaitləri büdcələrinin layihələrinin hazırlanmasına rəhbərlik edir;
4. Təsdiq olunmuş maliyyə göstəricilərinin müəssisə departamentlərinə ötürülməsini təmin edir;
5. Məhsulun (iş, xidmət), kapital qoyuluşlarının, elmi tədqiqat və istehsalın reallaşmasının plan layihələrinin hazırlanmasında,  məhsulun maya dəyərinin və istehsalın rentabelliyinin planlaşdırılmasında iştirak edir, gəlirin və gəlirə hesablanan verginin hesablanması işinə rəhbərlik edir;
6. Şirkətin investisiya siyasətini və onun aktivlərinin idarəolunmasını həyata keçirir, onların optimal strukturunu müəyyən edir, aktivlərin dəyişdirilməsi, ləğv edilməsi üzrə təkliflər hazırlayır, qiymətli kağızlar portfelinə nəzarət edir;
7. Maliyyə qoyuluşlarının səmərəliliyinin təhlilini və qiymətləndirilməsini həyata keçirir;
8. Dövriyyə vəsaitləri normativlərinin və onların  dövriyyəsinin sürətləndirilməsi üzrə tədbirlərin hazırlanmasını təşkil edir.
9. Təmin edir:
o Gəlirlərin vaxtında daxil olmasını, maliyyə-hesab və bank əməliyyatlarının təyin olunmuş müddətdə tərtib olunmasını;
o Tədarükçü və podratçılara hesabın ödənilməsini;
o Borcların ödənilməsini;
o Faizlərin, işçilərə və əməkdaşlara əmək haqqının ödənilməsini;
o Vergi və rüsumların dövlət, regional və yerli büdcələrlə, büdcədənkənar sosial fondlara, bank təşkilatlarına ödəmələrin ödənilməsini.
10. Aşağıdakılara nəzarət edir:
o Maliyyə planı və büdcəsinin, məhsulun reallaşması planının, gəlir və digər maliyyə  göstəriciləri üzrə olan planların icrasına;
o Satışı olmayan məhsulun istehsalının dayandırılmasına;
o Pul vəsaitlərinin düzgün xərclənməsinə;
o Şəxsi və cəlb edilmiş dövriyyə vəsaitlərinin məqsədli istifadəsinə.

Tələblər:

Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə)
15 il Mühasibatlıq Maliyyə sahəsində təcrübə (5 il rəhbər vəzifəsində)
idarəetmə, konfliktlərin həll olunması bacarığına malik olmalı
Vergi qanunvericiliyi və qaydaları yüksək səviyyədə bilməli

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə   “Maliyyə İşləri üzrə Menecer" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.