Mətanət A -


    Sement və gips əsaslı məhsulların Azərbaycanda ilk istehsalçısı olan "Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulmuş və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə catmışdır. Son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti inşaat sektorunda qabaqcıl şirkətlərdən birinə çevirmişdir. Şirkət inşaat məhsulları sahəsində Azərbaycanda ilk dəfə olaraq İSO 9001:2008 "Keyfiyyətin İdarə Olunması" beynəlxalq standartını almışdır. 2012-ci il avqustun 8-də isə İSO 14001:2004 "Ətraf mühitin idarə olunması" beynəlxalq standartına layiq görülmüşdür. Eyni zamanda Avropa Keyfiyyət Təşkilatının dəstəyi ilə Ukranya Keyfiyyət Assosasiyası tərəfindən 2005-ci ildən təşkil olunmuş Mərkəzi və Şərqi Avropa ölkələrinin VIII Beynəlxalq Keyfiyyət Turnirində Azərbaycanı ilk dəfə olaraq "Mətanət A" şirkəti təmsil etmiş və FİNALİST 2012 diplomu və kuboku ilə təltif olunmuşdur. Bundan başqa digər təşkilatlar tərəfindən beynəlxalq və milli keyfiyyət mükafatları ("Century İnternational Quality Era Award", "Award Global Quality Management", "Gold Star İnternational Award for Quality", "New Millennium Award", "İntellekt" mükafatı, "İnşaat materiallarının istehsalı üzrə İlin Lider şirkəti", “İlin brendi - AĞDAĞ" və s. mükafatlar) ilə də təltif olunmuşdur.
    Hal-hazırda şirkət 3 sistemdə, 22 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daima yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.

    Belə ki, "Mətanət A" şirkəti gips əsaslı məhsullar sahəsində də yeniliklər etmiş, Qafqazda ilk müasir tipli gips zavodu olan "AĞDAĞ" zavodunun əsasını qoymuş, alman texnologiyasına əsaslanan, rəqəmsal texnologiya ilə avtomatlaşdırılmış formada istehsal prosesini həyata keçirərək "AĞDAĞ" məhsulunun istehsalına başlamışdır.


    2008-ci ildə fəaliyyətə başlayan Beton Qatqıları Zavodu da şirkətin aktiv fəaliyyətinin nəticəsidir. Yüksək profesionallıqla yeni məhsul qrupunun istehsalını həyata keçirən zavod milli iqtisadiyyatımızın inkişafı sahəsində öz töhfəsini verən istehsal sahələri sırasına aid edilə bilər.


    Artıq şirkət qloballaşaraq "Mətanət A" ticarət markası adı altında istehsal etdiyi məhsullarını Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edir. Bu bir daha sübut edir ki, artıq milli şirkətlərimiz müasir biznes təcrübəsinə və iş prinsiplərinə görə heç də dünyanın qabaqcıl korporasiyalarından geri qalmır.
    Bu gün şirkətimiz vahid məqsəd və eyni amal uğrunda-sürətlə inkişaf edən milli iqtisadiyyatımıza önəmli töhvələr vermək naminə fəaliyyətini daim genişləndirir.