Hüquqşünas

  • Bridge Properties
  • Elanın qoyulma tarixi: 30.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təşkilat: BRİDGE Group of Companies

Vakansiya: Hüquqşünas
 
Namizədə dair tələblər:

∙             23-30 yaşlı oğlan,
∙             BDU-nun hüquq fakültəsi, bakalavr dərəcəsinə malik olmaq,
∙             BDU-nun hüquq fakültəsi, magistr dərəcəsinə malik olmaq,
∙             2 ildən yuxarı ixtisas üzrə iş təcrübəsinə malik olmaq,
∙             Azərbaycan, ingilis, rus dillərini bilmək (yazı və danışıq),
∙             Azərbaycan Respublikasının mülki, əmək, inzibati, vergi, kommersiya, mülki-prosessual, inzibati-prosessual hüquq sahələrinə dair mükəmməl biliklərə malik olmaq,
∙             Kompyuter (Internet, Word, Excel) biliklərinə malik olmaq,
∙             Yaşayış yeri Bakı şəhəri olmalıdır,
∙             Ünsiyyətçil, əməksevər, dəqiq, punktual, geniş dünya görüşlü, komandada işləmək bacarığına və prezentabelli xarici görünüşə malik olmalıdır. 
 
İşçinin vəzifələri:

∙             Təşkilatın fəaliyyətinə dair bütün hüquqi sənədlərin, aktların, qərarların, protokolların hazırlanması,
∙             Yerli və xarici şirkətlər arasında müqavilələrin hazırlanması, Azərbaycan, rus, ingilis dillərində olan müqavilələrin ekspertizası, onlara müvafiq qeydlərin, dəyişikliklərin edilməsi və rəy bildirilməsi.
∙             Məhkəmə, icra hakimiyyəti, bələdiyyə orqanları, ictimai təşkilatlar, hüquqi şəxslər və digər üçüncü şəxslər qarşısında təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin  müdafiə olunmasının təmin edilməsi, rəsmi yazışmaların həyata keçirilməsi,
∙             Rəhbərlik tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi, rəhbərliyə hüquqi məsləhətlərin verilməsi.
 
Əmək şəraiti:

∙             Təşkilatın yerləşdiyi ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Bridge Plaza Biznes Mərkəzi,
∙             İş vaxtı: Bazar ertəsi-Cümə, saat 9:30-dan 18-00-dək, nahar fasiləsi 13:00-dan 14:00-dək,
∙             Əmək haqqı müsahibənin nəticələri əsasında müəyyənləşdirilir,
∙             Karyera yüksəlişi və əmək haqqının artması imkanları,
∙             Müsbət nəticələr əldə edildikdə mükafat əldə etmək imkanı.
 
Namizədə dair tələblərdən hər hansı birinə cavab verməyən namizədlərdən xahiş olunur ki, CV və rezümelərinizi göndərəməyəsiniz, bu şəxslər müsabiqədə iştirak etməyəcəklər. 
 
E-mail: [email protected]

Tel: 0124045000, daxili 1308; 0502558289

Bridge Properties tərəfindən digər vakansiyalar