İnsan Resursları üzrə Mütəxəssis/Hüquqşünas

  • Bestpack MMC
  • Elanın qoyulma tarixi: 24.10.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: "Bestpack" MMC

Vəzifə: İnsan Resursları üzrə Mütəxəssis/Hüquqşünas

 “Synergy Group” MMC haqqında:

2010-cu ildə təsis edilən "Synergy Group" MMC Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya şirkətlərdən biridir. "Synergy Group" MMC yüksək inkişaf potensiallı strateji sənaye sahələrinə sərmaye qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 28 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Qrupda ümumilikdə 1100-dən çox müxtəlif profilli mütəxəssis çalışır. "Synergy Group"-un çox-sektorlu investisiya portfeli inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, istehsalat və kənd təsərrüfatı sahələrə iri yatırımlardan ibarətdir. "Synergy Group"-a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial iqtisadi inkişafına öz töhfəsini verir. "Synergy Group" MMC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.
"Synergy Group" MMC-nin törəmə şirkəti olan “BESTPACK” MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssis axtarır.

Vəzifə və öhdəlikləri

• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
• İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir; 
• Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
• İş fəaliyyəti ilə bağlı vaxtaşırı birabaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
• Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.

O cümlədən,

• Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi şəxs(lər)in dövlət qeydiyyatı, yenidən təşkili və ləğvinə dair sənədlər paketini hazırlayır və icra edir; 
• Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzuolunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrindən istifadə edir; 
• Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir.

Tələb olunan xüsusiyyətlər

• Hüquq sahəsində ali təhsili;
• İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Mütəxəssis/Hüquqşünas” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Bestpack MMC tərəfindən digər vakansiyalar