İnsan Resursları üzrə Menecer

İşin təsviri

Şirkət:  ANS Şirkətlər Qrupu

Vəzifə: İnsan Resursları üzrə Menecer

Bilməlidir:

- Sahə üzrə Qanunvericliyi və hüquqi normativ aktları
- AR Əmək məcəlləsini
- AR Əmək bazarını
- Personalın qiymətləndirmə sistem və metodlarını
- Kadrların profesionallığını və karyera analiz metodlarını
- Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydasını
- Kardların işində muasir texnologiyaları
- Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasının bilməli
- Əməyin mühafizəsi qayda və normalarını

İşin təsviri:

- AR-nın Əmək Məcəlləsinə, əsasnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət.
- Təşkilatı struktur və vəzifə təlimatlarının hazırlanamsına nəzarət
- Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirilərək müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi və onların əməyinin istifadə olunmasına nəzarət.
- İşcinin secimi, orientasiyası, adaptasiya və attestasiyasına nəzarət
- İşçi heyətin motivasiyası üçün materialların hazırlanması.
- İşçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlanması.
- İşçilərin ixtisasartırma daxili təlimlərin həyata keçirilməsi.
- Kadrlar üzrə hesabatların tərtib və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edilməsi.
- Kadrlar üzrə müfəttişlərin işinə rəhbərlik edilməsi və onların işinin istiqamətləndirilməsi
- Performans Dəyərləndirməsinin keçirilməsi ilə bağlı biliklərin olması.
- Karyera Planlaması
- Stratejik planlama
- KPİ sistemi ilə bağlı biliklərin olması və tətbiqi

Tələblər:

- Ali təhsil 
- AR əmək məcəlləsini bilməli
- İR şöbə müdiri vəzifəsində minimum 3 il iş təcrübəsi
- Yaş həddi (25-40)
- Yüksək dil bilikləri qabiliyyəti (Azərbaycan-əla, Rus-əla, İngilis- preintermadiate)
- Kompyuter biliklərinə sahib olmaq (MS Office, 1C)
- Yüksək idarəçilik qabiliyyətinin olması
- Əmək haqqı: 700-900 azn

İş Qrafiki – 6 günlük

09:30 – 18:30

Dəyərli Namizədlər  CV-lərinizi  [email protected]  və  [email protected] ünvanına (Yalnız “İnsan Resursları üzrə menecer” başlığıyla) göndərməyinizi xahiş edirik. İR sahəsi üzrə göstərilən tələblərə sahib olmayan namizədlərə baxılmayacaq.

ANS Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar