Müxbir (Moskva bürosu)

İşin təsviri

Şirkətin Adı: ANS Şirkətlər Qrupu

Vəzifəs:  Müxbir (Moskva bürosu)

İş qrafiki: 6 günlük iş qrafiki

Xidmət haqqı: Razılaşma yolu ilə

Namizədə dair tələblər:

- Namizədlərin yaşayış ünvanı Moskva şəhəri olması arzu olunandır.
- Jurnalistika üzrə Ali təhsil və ya həmin sahəyə bərabər tutulan sertifikat,
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (upper-intermadiate)
- Kompyuter proqramlarını bilməli (Word, Excel)
- Əlavə kompyuter proqramlarını (montaj- Adobe primeer) bilmək arzu olunandır
- Məsuliyyətlilik, stresə davamlılıq
- Zərurət yarandığı təqdirdə müstəqil qərarlar qəbul edə bilmək qabiliyyəti və s.
- Yaş həddi: 27-40

Vəzifə öhdəlikləri

- İnformasiya materiallarını hazırlamaq və zərurət olanda müsahibələr aparmaq, verilişi operativ məlumatlarla təmin etmək
- Verilişin digər işçiləri ilə daim yaradıcı və iş əlaqələrini həyata keçirmək
- Materialların hazırlanmasında şirkətin yaradıcılıq konsepsiyasına və prinsiplərinə, yəni obyektivliyə, məlumatlılığa, qərəzsizliyə və operativliyə riayət etmək
- İnformasiya materiallarını yoxlamaq və işləyib hazırlamaq
- Baş vermiş hadisələri işıqlandırmaq
- Verilişin təqvim və perspektiv mövzu planlarının tərtib olunmasında iştirak etmək
- Redaksiyanın müşavirələrində və iclaslarında iştirak etmək, jurnalist axtarışları üçün yeni yaradıcı mövzu haqqında təkliflər irəli sürmək, göstərilən müşavirələrdə ona həvalə edilən tapşırıqları yerinə yetirmək
- Regionda əhəmiyyət kəsb edən bütün hadisələr barədə dərhal tabeçiliyində olan rəhbəri məlumatlandırmaq, həmin mövzular barədə reportajlar hazırlamaq
- Yığdığı məlumatların açıq və ya örtülü reklam xarakteri daşımasına yol verməmək
- Jurnalist etikasının qaydalarına riayət etmək
- Müxbirə, onun ixtisasına uyğun digər işlər də həvalə edilə bilər

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)   [email protected]  ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (müxbir) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.
Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.