Maliyyə departamenti - Direktor

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 06.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə departamenti - Direktor 

Namizədə tələblər
o   Mühasibat uçotu, Audit,  bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o   Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o   Excel proqramının bütün  dərinliklərini bilməli;
o   Maliyyə və Audit  sahələrində rəhbər vəzifədə minimum beş il iş  təcrübəsinə  malik olması;
o   Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o   Müvafiq proqram təminatları  və riyazi təfəkkür qabiliyyəti;

Əsas vəzifələri:
• Departamentin işinin idarə edilməsi və daimi nəzarət edilməsi;
• Departament üzrə aylıq görülmüş işlərə görə Bankın İH-ə daimi hesabatın verilməsi;
• Bankın mühasibat uçotun siyasətinin BMHS-nın əsasında işləyib hazırlanması, onun həyata keçirilməsi ilə tədbirlərin yaradılması və riayət olunmasına daimi nəzarət edilməsi; 
• Bankın bağlanmış əməliyyat günün balans və balansdankənar hesabatının tərtibinə ümumi nəzarət edilməsi və imzalanması;
• Bankın maliyyə vəziyyətinin təhlil kompleks işlərinin təhlilinə ( trendlərin təhlili, maliyyə əmsallarım hesablanması, mühasibat hesabatların təhlili) nəzarət edilməsi;
• Bankın təqdim etdiyi və yeni layihələr üzrə məhsullarının maya dəyərinin hesablanması;
• Bütün növ resursların istifadəsinin effektivliyin müəyyən edilməsi və maksimal mənfəətinin qazanması məqsədiilə aşağıdakı işlərin təşkilini edir
• maliyyə mənbələrin axtarışı, mənbələrin dəyərinin qiymətləndirilməsi, maliyyə riskin qiymətləndirilməsi, cəlb olumuş və şəxsi bankın maliyyəşdirilən mənbələrin nisbəti;
• Bankın aktivlərin idarəedilməsində bilavasitə iştirak edilməsi :
• texniki inkişafına yönəldilən investisiyanın təyin edilməsi, qiymətli kağızların alınması və ümumi qiymətli kağızların portfelinin idarə edilməsi, müvəqqəti azad olunan pul vəsaitlərinin manevr etməsi;
• Bankın məsrəf siyasətinin tənzimlənməsi məqsədi ilə alınan materialların xərclərin, elektroenerjısının sərfetməsinin, nəqliyyat xərclərin, icarə haqqlarının, cari təmirə xərclərin, heyyətin saxlanılmasına gedən xərclərin təhlil və tədqiq işlərinin daimi nəzarət edilməsi;
• Bankın dividend siyasətinində iştirak edilməsi: dividendlərin verilməsinə yönəldilən mənfəətinin hissəsini təyin edilməsinə təklif verilməsi, dividendlərin verilməsinin şərtlərini korrektləşdirilməsinə təklif verilməsi, səhmlərin əlavə emissiyasının bağlı qərarı qəbul edilməsinə üçün şərtlərini təyin edilən təklif verilməsi;
• Bankın strateji biznes planın hissələrinin hazırlanmasında iştirak edilməsi: bankın maliyyə vəziyyətinin əsas əmsallar, mənfəətin proqnozu, pul vəsaitlərin axının proqnozu;                
• Bankın büdcə planlaşdırılması işlərinin təşkili;
• Bankın mədaxil - məxariclərinin yoxlanılması və təhlili;
• Daxili qiymətlərin hesablanması;
• Məxariclərin minimuma endirilməsi ,mədaxillərin artırılması təkliflərininişlənib hazırlanması;
• Bankın əməliyyat planı əsasında departamentin qarşısında qoyulmuş strateji tapşırıqların icra olunub – olunmadığı nəzarət;

CV-ləri  Maliyyə departamenti - Direktor  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.