Maliyyə, mühasibat uçotunun aparılması üzrə nəzarətçi-yoxlayıcı

  • SƏBA
  • Elanın qoyulma tarixi: 16.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya:  Maliyyə, mühasibat uçotunun aparılması üzrə nəzarətçi-yoxlayıcı

İş barədə məlumat

- Müəssisədə mühasibat uçotunun aparılması ilə əlaqədar fəaliyyətin yoxlanılması;
- Müəssisədə xəzinədarlıq şöbəsinin işinin yoxlanılması;
- Vergilər üzrə əməliyyatların aparılmasına, uçotuna nəzarət edilməsi və bu sahədəki fəaliyyətə dair yoxlamaların aparılması;
- Vergi, statistika, DSMF və digər əlaqədar hesabatlarının hazırlanması və verilməsinə nəzarət edilməsi;
- Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunmasına dair yoxlamaların aparılması;
- Bank və kassa əməliyyatlarının sənədləşməsinin düzgün aparılmasına nəzarət.
- Bank və kassa sənədlərinin vaxtlı-vaxtında arxivləşdirilməsinə nəzarət.
- Pul vəsaitləri axınına nəzarət, təhlil olunması və optimallaşdırılması barədə təkliflər vermək.
- Bank və kassa əməliyyatlarının uçot sistemində düzgün təsnifatına (əməliyyat, maliyyə və ya investisiya) nəzarət olunması və bu sahədə fəaliyyətin qiymətləndirilməsinə dair yoxlamalar aparılması;
- Müəssisənin törəmə şirkətlərində maliyyə sahəsində yoxlamaların aparılması və kreditlərin verilməsi ilə bağlı aparılan sənədləşmə işlərinin yoxlanılması, kredit portfelinin keyfiyyətinə və geri ödənişlərə nəzarət edilməsi;
- Aparılan yoxlamalar barədə aktların tərtib olunması;
- Aparılan yoxlamalar barədə mütəmadi olaraq, rəhbərliyə hesabat verilməsi;

Namizədə tələblər

- Müvafiq sahədə ali təhsil;
- 5 il iş təcrübəsi, audit sahəsində və ya bank sahəsində iş təcrübəsi arzuolunandır;
- 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Stresədavamlı, tələbkar, məsuliyyətli;
- Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;

Xahiş edirik, elana əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın və zəhmət olmasa, mövzu yerinə elanın adını yazaraq,  [email protected]  elektron ünvanına göndərin.