Menecer (anbardar)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 01.09.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • 1C proqramı istifadəsi.
  • “İSO 9001, İSO 22000, “Halal” Standartlarınının quş ətinin saxlanılmasına dair göstəriş və tələbləri barədə biliyə sahi olmaq.
  •  İş təcrübəsi : 3 ildən 5 ilə qədər
  • Yaş həddi :20-40

Əmək haqqı: Razılaşma yolu ilə

Əsas vəzifə öhdəlikləri:

 

  • Anbara gətirilən malların qəbul edilməsini yerinə yetirir  və anbar fəhlələri vasitəsilə nəqliyyat vasitəsindən boşaldılmasını təşkil etməlidir.
  • Anbara gətirilən malların qaimələrinin qəbul edilməsini və anbara qəbul edilən malların miqdar və çeşidinin qaiməyə uyğun olmasını yoxlamalıdır və həmin qaiməni imzasıyla təsdiq edərək, saxlanmasını və 1C proqramına işlənilməsini təmin etməlidir.
  • Anbara qəbul etdiyi malların onların saxlanma rejiminə uyğun olaraq, müvafiq anbar otaqlarında yerləşdirilməsini təmin etməlidir.
  • Daxil olmuş sifarişlər və ya qaimələr əsasında bunun müqaviləsinin olduğunu yoxladıqdan sonra, uyğun olaraq, malların anbardan çıxarılmasını və avtomobilə yüklənməsini təmin etməlidir.
  • Anbardan sifarişlər və ya qaimələr əsasında verilən malların terminallarda və 1C proqramında qeydiyyatını aparmalıdır.
  • Anbarda texniki-təhlükəsizlik, yanğından mühafizə, əməyin təhlükəsizliyi qaydalarına əməl edilməsini təmin etməlidir.
  • Anbarın fəaliyyəti barədə müəssisədə qəbul edilmiş qaydalar, prosedurlar və proseslərin tələblərinə riayət etməlidir.

 

İş yeri: Şabran rayonu
Şöbə: Kəsim xidməti və qablaşdırma sahəsi
Hesabat verir: Xidmət rəisinə
Tabeçilikdə işçi: Yoxdur.

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.