Mühasib (Biləsuvar Aqro)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 12.05.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı, Azərbaycan
Şöbə: Mühasibatlıq şöbəsi
Hesabat verir: Maliyyə Departamentinin Direktoruna
Tabeçilikdə işçi: Yoxdur.

Namizədə tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
  • Mühasibat müxabirləşmələri mükəmməl bilən
  • Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi;
  • MS Office və 1C 8.3 proqramlarında mükəmməl işləmək bacarığı
  • Komandada işləmə bacarığı;
  • Analitik düşüncə qabiliyyəti
  • İşi planlamaq bacarığı
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
  • Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
  • Proqram üzrə mühasibat yazılışlarının verilməsi
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
  • Anbar sayımında iştirak edilməsi
  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması
  • Elektron Verqi Hesab Faktura, Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi
  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
  • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi

CV-lərinizi elektron ünvanına, mövzu yerinə vakansiyanın adını yazmaqla göndərməniz xahiş olunur. Yalnız tələblərə uyğun namizədlər seçilərək iş görüşmələrinə dəvət olunacaq. 

Əmək haqqı bazarda olan təkliflər arasında rəqabətli səviyyədə təklif olunur.