Daşıma xidməti üzrə menecer

  • Neoclass
  • Elanın qoyulma tarixi: 20.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidməti göstərən “Neoclass” şirkəti (www.neoclass.az) təcrübəli, peşəkar və potensiallı şəxsləri Daşıma xidməti üzrə menecer vəzifəsində çalışmağa dəvət edir.

Daşıma xidməti üzrə menecer

Namizədə dair əsas tələblər:

•  Yaş: 27 yaşdan yuxarı
•  Təhsil: Ali (İdaertmə və iqtisadiyyat sahəsində), maqistr dərəcəsi üstün tutulur
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə5 ildən yuxarı daşıma idarəetmə təcrübəsi (ÇQX və SSX sahəsində çalışanlara üstünlük veriləcək, lüks mallar satışı sahəsində təcrübəli olanlara əlavə üstünlük veriləcək)               
•  Cinsi: Fərq etmir
•  Təlim və sertifikasiya: Daşıma, Çatdırma və Quraşdırma idarəetmə sahəsində təlim keçmiş və sertifikat almış   mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, vicdanlılıq və ədalətlilik prinsipini əsas   tutmaq                                                                                                           
•  Diı bacarıqları: Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışıq və yazma                                
•  Kompyuter bilikləri: MS Word, MS Excel, MS Power Point, MS Visio, ERP proqramlar
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək            
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək    
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                                       
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Tabeçilik: Rəhbərlik
• Tabe olanlar: bütün Daşıma və Çatdırma strukturları
• Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu, bonus sistemi,qoyulmuş hədəflərə görə əmək haqqı fondundan
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.İş yükünün planlaşdırılması:

• Çatdırmaya dair tələb olunan maşın sayının müəyyən edilməsi
• Çatdırmaya dair tələb olunan yükləyici, boşaldıcı fəhlə sayının müəyyən edilməsi
• Sürücü sayının müəyyən edilməsi
• Quraşdırıcı və montajçı sayının müəyyən edilməsi
• Daşıma və Çatdırma sahəsində çalışan əməkdaşların geyim, nişan və alətlərinin düzgün planlaşdırılması  

2.Daşıma, Çatdırma və Quraşdırma işinin təşkili:

•  Müştəri sifarişlərinin daşınması və çatdırılmasına dair məlumatalma sisteminin qurulması
•  Gündəlik daşıma və çatdırma qrafikinin düzgün planlaşdırılması
•  Daşıma və Çatdırma sahəsində çalışan əməkdaşların geyim, nişan və alətlərinin düzgünlüyünün yoxlanılması
•  Müştərilərin daşıma və çatdırma barədə öncədən düzgün xəbərdarlıq sisteminin qurulması

3.Daşıma, Çatdırma və Quraşdırma sahəsində inzibatçılıq:

• Strukturun idarə edilməsini təmin etmək
• Bu sahədə biznes proses və prosedurların hazırlanması
• Bu sahədə inzibatçılığın təşkili və idarə edilməsi
• Maşın və avadanlıqların istismarının və texniki yoxlanılmasının təşkili və idarə edilməsi

4.Daşıma, Çatdırma və Quraşdırma sahəsində sənədləşdirmənin təşkili:

• Sifarişlərin alınmasınına dair sənədləşmənin təşkili
• Gündəlik iş bölgüsünə dair sənədləşmənin təşkili
• Çatdırma və quraşdırma işlərinin təhvili haqqında sənədləşmənin təşkili
• Müştərilərin göstərilən xidmətdən razılığının sənədləşməsinə birbaşa nəzarət edilməsi

5.Daşıma, Çatdırma və Quraşdırma sahəsində effektivliyin artırılması:

• Daşıma, Çatdırma və Quraşdırma xərclərinin analizi və təkmilləşdirilməsi
• Maşınlar, Montaj briqadaları üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması
• Büdcənin optimallaşdırılması
• Daşıma, Çatdırma və Quraşdırma fəaliyyətinin bazar tələbatına və müştəri istəklərinə uyğun yenidən təşkili

CV-lərinizi Daşıma xidməti üzrə menecer mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.