Neoclass


10 ilə yaxın Azərbaycanda fəaliyyət göstərən - Neo Class artıq yeni adla,
yeni ünvanda Avropanın ən iri miqyaslı lüks interyer məkanı olan Collezione Italia-da

Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – 3 mərtəbəli 35 min kvadrat metrlik böyük bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.

 

İnteryerin bütün cərəyanları məhz Collezione Italia-da mərkəzləşib: ənənəvi klassika və teatral barokko, məxmər, ipək və divar xalıları ilə fərqlənən Venesiya tərzi, özünü hər zaman təbiətlə yanaşı hiss etmək istəyənlər üçün ekostil, zamanını qabaqlayan hay-tek, hər detalı ilə Paqanini və Verdi musiqisini andıran romantizm, iddialı və cəsarətli modern, fransız şarmı ilə dolu provans... Bütün bunlar premium şourumda təqdim olunan tərzlərdən sadəcə bir neçəsidir.

 

  •  

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?