Məhkəmə işləri üzrə kiçik hüquq məsləhətçisi

İşin təsviri

Vəzifə öhdəlikləri

  • İddia ərizələrinin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
  • Cəmiyyətin maraq və mənafelərinin məhkəmədə qorunması;
  • Məhkəmə qərarlarının icrasının təmin edilməsi istiqamətində müvafiq struktur bölməyə hüquqi dəstək göstərilməsi;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Cəmiyyəti təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Cəmiyyətin maraqlarının qorunması;
  • Məhkəmə işlərinin qeydiyyatının aparılması və dövri olaraq hesabatlığının təmin edilməsi;
  • Sığorta ödənişindən imtina barədə hazırlanmış məktubların hüquqi əsaslandırma hissəsinə dair rəy verilməsi;
  • Öz fəaliyyətinə aid olan məsələlər ilə bağlı məktub,ərizə və şikayətlərə cavab hazırlanması;

Bilik və bacarıqlar

  • Ali hüquq təhsili;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Yüksək səviyyədə hüquqi yazı bacarıqları;
  • MS Office proqramlarını (Word, Excel ) praktiki yaxşı səviyyədə bilmək;
  • Komandada işləmək və ünsiyyət bacarıqları;
  • Araşdırma və analitik bacarıqlar;
  • Ən azı 1 il müvafiq sahə üzrə iş təcrübəsi (Məhkəmə sahəsində təcrübəsi olanlara üstünlük verilir)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi