Müştəri xidmətləri üzrə mütəxəssis

  • Neoclass
  • Elanın qoyulma tarixi: 04.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidməti göstərən “Neoclass” şirkəti (www.neoclass.az) təcrübəli, peşəkar və potensiallı xanımları Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsində çalışmağa dəvət edir.

Müştəri xidmətləri üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

•  Yaş: 25 yaşdan yuxarı
•  Təhsil: Ali
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə 2 ildən yuxarı iş təcrübəsi (Satış və marketinq sahəsində çalışanlara üstünlük veriləcək)
•  Cinsi: Qadın
•  Təlim və sertifikasiya: Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, professional səviyyədə müştərilərlə əlaqə yaratma bacarığı, yüksək səviyyədə ünsiyyət və xidmət, vicdanlılıq və ədalətlilik prinsipini əsas tutmaq          
•  Xarici görünüş: Gülərüz, xoşgörkəmli
•  Diı bacarıqları: Azərbaycan və Rus dilləri sərbəst                                                                           
•  Kompyuter bilikləri: Microsoft Office
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək                   
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək          
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                                            
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Ofis
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.Müştərilərlə münasibətlərin idarə edilməsi və tənzimlənməsi:

• Müştərilərin proffesional şəkildə qəbul edilməsi
• Müştərilərin düzgün məlumatlandırılması və yönləndirilməsi
• Müştərilərin düzgün analiz edilməsi
• Müştərilərin lazımı olan çap materialları ilə təmin edilməsi
• Müştəridən lazım olan məlumatın vaxtında alınması
• Müştərilərə aid hesabatların hazırlanması
• Müştərilər barədə məlumatların toplanılması və qeydiyyatı
• Məlumatların avtomatlaşdırılmış sistemə daxil edilməsi

CV-lərinizi Müştəri xidmətləri üzrə mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.