Xarici əlaqələr üzrə mütəxəssis

  • Neoclass
  • Elanın qoyulma tarixi: 26.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məhşur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidmət göstərən “Neoclass” şirkəti (www.neoclass.az) xanımları Xarici əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışmağa dəvət edir.

Xarici əlaqələr üzrə mütəxəssis

Namizədə dair əsas tələblər:

•  Təhsil: Ali
•  İş təcrübəsi: 2 ildən az olmayaraq                                                                                                   
•  Diı bacarıqları: Azərbaycan, Rus, İngilis (sərbəst danışıq və yazı)                                                                      
•  Kompyuter bilikləri: yüksək Microsoft Office savadı                                                                              

Vəzifəyə dair peşəkar tələblər:

• Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi və etiket                                                                        
• Problemləri həll etmə bacarıqları                                                                                                        
• Yüksək kommunikasiya bacarıqları, şifahi və yazılı                                                                      
• Peşəkar və operativ məlumatlandırma bacarığı                                                                  
• Gərgin şəraitdə və dar müddət ərzində işləmək bacarığı                                                         
• Prosses planlaşdırma bacarıqları                                               

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin bazar günü
• İş yeri: Ofis

Əsas funksiyalar:

• Xarici partnyorlarla əlaqələrin yaradılması, kommunikasiyanın peşəkar səviyyədə aparılması
• E-mailların cavablandırılması
• Sifarişlərin hazırlanması, göndərilməsi, proformaların alınması və yoxlanılması
• Məhsulların göndərilməsindən sonra fakturaların qəbulu və aidiyyatı olan departamentlərə göndərilməsi
• Endirim qiymətlərinin yoxlanılması, müşahidəsi və nəzarəti
• Xarici şirkətlərdən alınan mallarının il ərzində izlənilməsi
• Xarici şirkətlərlə bağlanılan müqavilələrin yoxlanılması, sənədlərin qəbulu, qeydiyyatı və saxlanılması
• Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli icrasının həyata keçirilməsi
• Şirkətə aid konfidensial məlumatların qorunması

CV-lərinizi Xarici əlaqələr üzrə mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.