Reception-Əməlliyatçı

  • Neoclass
  • Elanın qoyulma tarixi: 20.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məhşur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.
Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidmət göstərən “Neoclass” şirkəti (www.neoclass.az) xanımları Reception-Əməliyyatçı vəzifəsində çalışmağa dəvət edir.


Reception-Əməlliyatçı

 

Namizədə dair əsas tələblər:

•  Təhsil: Ali
•  İş təcrübəsi: 2 ildən az olmayaraq
•  Dil bacarıqları: Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışıq və yazma                                                                                                                                     

•  Kompyuter bilikləri: yüksək Microsoft Office savadı, 1C 8.1 proqram bilgisi
•  Xoş xarici görünüş                                                                                                                       
 

Vəzifəyə dair peşəkar tələblər:

• Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi və etika                                                                                                                                

• Yüksək təşkilatçılıq bacarıqları                                                                                                                                                                      

• Yüksək kommunikasiya bacarıqları, şifahi və yazılı                                                                                                               

• Peşəkar və operativ məlumatlandırma bacarığı                                                                                                                         

• Gərgin şəraitdə və dar müddət ərzində işləmək bacarığı 

                                                                                                    

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 9:00-19:00dək
• İstirahət: Həftənin bazar günü
• İş yeri: Ofis

Əsas funksiyalar:

• Rəhbərliyin, şirkət əməkdaşlarının, müştərilərin və qonaqların xoş və gülərüz qarşılanması
• Daxil olan zənglərin yüksək və peşəkar səviyyədə cavablandırılması
•  Zəruri sənədlərin hazırlanmasının həyata keçirilməsi
• Sənədlərin qəbulu, qeydiyyatı, icrasına nəzarətin təmin edilməsi, saxlanılması
• 1C 8.1 mühasibat proqramında sifarişlər üzrə əməliyyat işləri
• Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli icrasının həyata keçirilməsi
• Şirkətə aid konfidensial məlumatların qorunması

CV-lərinizi Reception-Əməliiyatçı mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.