Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi, DSMF və Statistika orqanlarına təqdim edilən hesabatların hazırlanmasına dəstək;
  • Vergi və digər dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi
  • Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi;
  • Müəssisədə yerinə yetirilən təsərrüfat əməliyyatlarının 1C (8.3) mühasibat proqramına işlənməsi.
  • Kassa və bank əməliyyatlarının icrası;
  • İşgüzar yazışmaların aparılması
  • E-Qaimə fakturalarını vergi qanunvericiliy uyğun dəqiq işləmək bacarığı
  • Elektron portallarda (e-taxes, e-gov, e-statistika və s.) hesabatların və əməliyyatların icrasını həyata keçirmək;
  • Debitor və kreditor əməliyyatlarının uçotunun aparılması;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq. Xərclərə nəzarət
  • Baş mühasibin tapşırıqlarının yerinə yetirilməsi.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;

Namizədə tələblər:

  • Xanım namizədlərə üstünlük verilir
  • 1C (8.3) proqram təminatında mükəmməl bilik və təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyəli bacarıqlar;
  • Ali təhsilli (Maliyyə işi və mühasibatlıq)
  • Mühasib vəzifəsində 2 ilədək iş ştajı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı
  • Azərbaycan dilini səlis bilməli, Rus dili və İngilis dili arzuolunandır
  • Vergi Məcəlləsi, mühasibat uçotu və hesabatlıq üzrə biliklər;

Üstünlüklər:

  • ACCA üzrə ilkin biliklərin olması;
  • PMS sertifikatı
  • İngilis və ya rus dili bilikləri;
  • Excel sertifikatı

İş şəraiti:

  • İş qrafiki: Tam ştat (6 gün-növbəli);
  • İş yeri: Bakı, 
  • Əmək haqqı: 800-1000 AZN
  • Korporativ nömrə ilə təmin edilir.
  • İş yeri: Bakı şəh, Əhməd Rəcəbli küç.
  • Komfortlu ofis şəraiti, mehriban komanda

Uyğun namizədlər CV-ni mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.