İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Malların mərkəzi depodan filiallara/sifariş ünvanlarına təhlükəsiz və vaxtında çatdırılması;
- Daşınma zamanı malların düzgün yüklənməsinə və boşaldılmasına nəzarət;
- Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq və təmiz saxlamaq;
- Marşrut üzrə yanacaq sərfiyyatını optimal şəkildə idarə etmək;
- Tələb olunduqda sənədlərin (qaimə, təhvil-təslim aktı və s.) düzgün tərtib olunması.
Tələblər:
	- B və C kateqoriyalı sürücülük vəsiqəsi;
- Minimum 2 il sürücülük təcrübəsi;
- Şəhər daxili və şəhərlərarası yolları yaxşı tanımaq;
- Məsuliyyətli, nizam-intizamlı və diqqətli olmaq;
- Fiziki cəhətdən sağlam olmaq.
İş şərtləri:
	- İş yeri: Mərkəzi depo 
- İş qrafiki: 6 günlük iş həftəsi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir 
- Rəsmi əmək müqaviləsi və bütün sosial sığorta ödənişləri
- Nahar və yanacaq xərci şirkət tərəfindən qarşılanır
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş edilir.