Satış departamentinin müdiri

  • Neoclass
  • Elanın qoyulma tarixi: 20.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidməti göstərən “Neoclass” şirkəti (www.neoclass.az) təcrübəli, peşəkar və potensiallı şəxsləri Satış departamentinin müdiri vəzifəsində çalışmağa dəvət edir.

Satış departamentinin müdiri

Namizədə dair əsas tələblər:

•  Yaş: 27 yaşdan yuxarı
•  Təhsil: Ali (İdaertmə və iqtisadiyyat sahəsində), maqistr dərəcəsi üstün tutulur
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə5 ildən yuxarı idarəetmə təcrübəsi (Satış və marketinq sahəsində çalışanlara üstünlük veriləcək, lüks mallar satışı sahəsində təcrübəli olanlara əlavə üstünlük veriləcək) 

•  Cinsi: Fərq etmir
•  Təlim və sertifikasiya: Marketinq, Satış, Ümumi və Strateji idarəetmə sahəsində təlim keçmiş və sertifikat almış   mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, vicdanlılıq və ədalətlilik prinsipini əsas   tutmaq  
•  Diı bacarıqları: Azərbaycan, Rus, İngilis dillərində sərbəst danışıq və yazma                    
•  Kompyuter bilikləri: MS Word, MS Excel, MS Power Point, MS Visio, ERP proqramlar
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək                                         
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək               
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                               
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Tabeçilik: Rəhbərlik
• Tabe olanlar: bütün Satış və müştəri xidmət strukturları
• Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu, bonus sistemi,qoyulmuş hədəflərə görə əmək haqqı fondundan
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.Satış strateqiyasının hazırlanması və icrasına nəzarət:

• Cavabdeh olduğu satış istiqamətinə dair bazarın vəziyyətinin analizi
• Şirkətin ümumi bazar strategiyasının hazırlanmasında iştirak
• Şirkətin satış (İstiqamət üzrə) strategiyasının hazırlanması
• Satış strategiyasının (İstiqamət üzrə) tətbiq planının hazırlanması və icrasına nəzarətin təşkili
  
2.Müştərilərlə münasibətlərin idarə edilməsi:

• Müştərilərin düzgün şəkildə qəbul edilməsinin təşkili
• Müştərilərin düzgün məlumatlandırılmasına nəzarət
• Müştərilərin düzgün analiz edilməsinin təşkili
• Müştərilərin lazımı olan çap materialları ilə təmin edilməsi təşkili
• Müştərilərin seçim etməsində lazımı məsləhətlərin verilməsinin təşkil edilməsi (Digər strukturlarla bərabər)

3.İşlərin sənədləşdirilməsi:

• Müştərilərə Şirkətin sənədləşmə sisteminin qurulması
• Kontraktların bağlanılmasının idarə edilməsi
• Müştərilərdən sifariş alınması prosesinin təşkili
• Müştərilərə dizayn və memarlıq təkliflərinin verilməsinə nəzarət edilməsi
• Müştərilərə çatdırma, quraşdırma sənədləşdirilməsinin təşkili
• Müştərilərə məhsulun və xidmətinin keyfiyyətli təmin edilməsinin başa çatdırılmasına nəzarət

4.Satış şöbəsinin idarə edilməsi:

• Öz strukturunun idarə edilməsini təmin etmək
• Satış sahəsində biznes proses və prosedurların hazırlanması
• Satış sahəsində inzibatçılığın təşkili və idarə edilməsi
• Şöbə əməkdaşlarının fəaliyyətinə nəzarət və davamlı inkişaf etdirilməsinin təmini

5.Satış barədə hesabatçılıq:

• Aylıq, Rüblük və İllik məhsul satış proqnozunun verilməsi
• Müştərilərə aid hesabatların hazırlanmasının təşkili
• Satış barədə hesabatların hazırlanmasının təşkili
• Müştərilərə barədə məlumatların toplanılması və qeydiyyatının idarə edilməsi
• Məlumatların arxivləşdirilməsinin təşkili

6.Məhsul seçiminin idarə edilməsi:

• Marketinq şöbəsi ilə bərabər məhsullara dair analizin aparılması
• Yeni məhsullara dair təkliflərin verilməsi
• Məhsul brendləri üzrə seçimlərin aparılması
• Məhsul və brendlərə müştəri münasibətinin öyrənilməsi və hesabatçılığı
• Məhsul sifarişinin verilməsinin düzgün təşkili
• Anbar qalıqlarının düzgün idarəedilməsi üçün proqnozların və  müştəri sifarişlərinin düzgün verilməsinin təşkili
• Problemli (Qalığı çox olan və s) məhsulların satışına dair təkliflərin verilməsi

CV-lərinizi Satış departamentinin müdiri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.