Marketinq üzrə menecer

  • Neoclass
  • Elanın qoyulma tarixi: 09.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.
Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidməti göstərən “Neoklass” şirkəti ctəcrübəli, peşəkar və potensiallı gəncləri Marketinq üzrə menecer vəzifəsində çalışmağa dəvət edir.

Marketinq üzrə menecer

Namizədə dair əsas tələblər:

•  Yaş: 27 yaşdan yuxarı
•  Təhsil: Ali (İdarəetmə və İqtisadiyyat sahəsində), Magistr dərəcəsi üstün tutulur
•  İş təcrübəsi: Aparıcı Şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi (Marketinq sahəsində olanlara üstünlük verilir, Luks mallar satışı sahəsində olanlara əlavə üstünlük verilir)) 
•  Təlim və sertifikasiya: Marketinq, Ümumi və Strateji idarəetmə sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışları, Gərgin şəraitdə işləmə bacarığı, Vicdanlılıq və ədalələtlilik prinsipini əsas tutmaq
•  Diı bacarıqları: Azərbaycan, Rus və İngilis dilində sərbəst danışıqı və yazma                                      
•  Kompyuter bilikləri: MS Word, MS Excel, MS PowerPoint, MS Visio, ERP proqramlar;
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək                                   
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək       
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                                              
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 5 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin iki günü
• Tabeçilik: Rəhbərlik
• Tabe olanlar: Bütün Marketinq, PR və Reklam strukturları
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.Marketinq strategiyasının hazırlanması və icrasına nəzarət:

• Fəaliyyət göstərilən bazarların strateji təhlilinin həyata keçirilməsi
• Şirkətin ümumi bazar strategiyasının hazırlanması
• Şirkətin brend strategiyasının hazırlanması
• Şirkətin məhsul, qiymət, satış kanalı və irəlilətmə sisteminin hazırlanması
• Marketinq strategiyasının tətbiq planının hazırlanması və icrasına nəzarətin təşkili
 
2.Marketinq tədqiqatlarının həyata keçirilməsi

• Şirkətin marketinq məlumat baza sisteminin qurulması
• Bazardakı trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Müştəri davranışlarının tədqiq edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması

3.Marketinq fəaliyyətlərinin idarə edilməsi

• Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması
• Fəaliyyət planlarının rəhbərlik qarşısında əsaslandırmaq
• Yeni məhsulların bazara salınmasını təşkil etmək
• Dəyər əmələ gətirən xidmət növlərinin işlənilib hazırlanması

4.Marketinq sahəsində inizabtçılıq

• Marketinq strukturunun idarə edilməsini təmin etmək
• Marketinq sahəsində biznes proses və prosedurların hazırlanması
• Marketinq sahəsində inzibatçılığın təşkili və idarə edilməsi
• Şirkət üzrə brend istifadəsinə nəzarət

5.PR və Reklam fəaliyyətlərinin təşkil edilməsi

• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Müştəri ilə düzgün kommunikasiya vasitələrinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılmasına birbaşa nəzarət edilməsi

6.Marketinq sahəsində effektivliyin artırılması

• Marketinq xərclərinin analizi və təkmilləşdirilməsi
• Kommunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması
• PR və Reklam büdcəsinin optimallaşdırılması
• Marketinq fəaliyyətinin bazar tələbatına və müştəri istəklərinə uyğun yenidən təşkili

CV-lərinizi Marketing üzrə menecer mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.