Mühasibatlıq üzrə Ödənişsiz Təcrübə Proqramı (İntern)

İşin təsviri

İş barədə məlumat:

  • Təcrübə müddəti: 3 ay
  • İş rejimi: Həftədə 5 iş günü (09.00-18.00)
  • Ödəniş: Ödənişsiz

Namizədə dair tələblər:

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil (yeni məzun)
  • MS Excel və MS Word proqramlarında işləmə bacarığı
  • Analitik düşüncə, diqqətlilik və məsuliyyətli iş yanaşması
  • Öyrənməyə həvəs və inkişaf yönümlü olmaq
  • Komandada işləmə bacarığı
  • İngilis dili biliyi (Upper-intermediate səviyyəsində bilik)
  • Yalnız xanım namizədlər

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibatlıq sənədlərinin sistemə işlənməsi və sənəd dövriyyəsində dəstək
  • Elektron qaimə-faktura, ilkin sənədlər və digər maliyyə sənədlərinin hazırlanmasında yardım
  • Dövlət portalları (e-Gov, Vergi sistemi və s.) ilə işin öyrənilməsi və tətbiqi
  • Vergi və mühasibatlıq hesabatlarının hazırlanmasında mühasibə dəstək
  • Aidiyyəti üzrə administrativ və ofis işlərinin yerinə yetirilməsi

Proqram çərçivəsində təqdim olunur:

  • Mühasibatlıq sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi
  • Real iş mühiti və sənəd dövriyyəsi ilə tanışlıq
  • Yüksək nəticə göstərən internlər üçün işə qəbul imkanının nəzərdən keçirilməsi

Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Mühasibatlıq üzrə İntern” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərməlidirlər.

Kreston Global CBC tərəfindən digər vakansiyalar