SƏTƏM üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitlə bağlı qanunvericilik tələblərinə əməl olunmasını təmin etmək.
  • Şirkətin SƏTƏM siyasətinin, prosedurlarının və standartlarının tətbiqinə nəzarət etmək.
  • Daxili siyasət və prosedurların təkmilləşdirilməsində iştirak etmək.
  • Risk qiymətləndirmələri hazırlamaq və yeniləmək.
  • Təhlükə müəyyənləşdirmə prosesinə rəhbərlik etmək.
  • İş icazə sistemi (PTW) çərçivəsində təhlükəsiz iş mühitinin təminatında aktiv rol almaq.
  • Gündəlik, həftəlik və aylıq sahə inspeksiyalarını həyata keçirmək.
  • Avadanlıq, texnika və PPE istifadəsinə nəzarət etmək.
  • Uyğunsuzluqları müəyyənləşdirib müvafiq korrektiv tədbirləri təklif və izləmək.
  • Bütün qəza, zədə və near-miss hadisələrinin araşdırılmasına rəhbərlik etmək.
  • Kök səbəb analizi (RCA) aparmaq və hesabat hazırlamaq.
  • Qabaqlayıcı və düzəldici tədbirlərin icrasına nəzarət etmək.
  • Yeni işçilər üçün SƏTƏM giriş (induction) təlimlərini keçirmək.
  • Sahə işçiləri üçün toolbox talk, mövzu təlimləri və təhlükəsizlik kampaniyaları təşkil etmək.
  • Fövqəladə hallara hazırlıq məqsədilə məşqlərin keçirilməsinə nəzarət etmək.
  • SƏTƏM göstəricilərinə dair aylıq və həftəlik hesabatlar hazırlamaq.
  • İnpeksiya formaları, hadisə hesabatları, risk qiymətləndirmələri və digər sənədləri idarə etmək.
  •  Layihə və departament üzrə SƏTƏM statistik göstəricilərini izləmək.

Namizədə tələblər:

  • Minimum 3 il müvafiq təcrübəsi;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qanunvericiliyi üzrə dərin biliklər.
  • Beynəlxalq SƏTƏM standartları (ISO 45001, ISO 14001) haqqında məlumatlılıq.
  • Risk analizi, insident araşdırması və təlim keçmə bacarığı.
  • Sahə əməliyyatlarının təhlükəsizlik aspektlərini anlama bacarığı.
  • Güclü ünsiyyət, analitik düşüncə və sənədləşmə qabiliyyəti.
  • İş yeri: Cəbrayıl rayonu 

CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına "SƏTƏM üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz xahiş olunur.

PDL World tərəfindən digər vakansiyalar