Elektrik ustası

  • Estet
  • Elanın qoyulma tarixi: 19.11.2025

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Elektrik avadanlıqlarının, şəbəkələrin və sistemlərin düzgün və təhlükəsiz işləməsini təmin etmək.  
  • Elektrik xətlərinin, panellərin və digər qurğuların quraşdırılması, sazlanması və istismara verilməsi.  
  • Aşkarlanmış nasazlıqların aradan qaldırılması və təmir işlərinin vaxtında yerinə yetirilməsi.  
  • Elektrik təchizatı sistemlərinin periodik olaraq texniki baxış və profilaktik xidmətlərinin aparılması.  
  • Elektrik avadanlıqlarının iş rejimlərinə uyğun işləməsinə nəzarət etmək.  
  • Təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək.  
  • Gündəlik işlər üzrə hesabatların aparılması və müvafiq şöbəyə təqdim edilməsi.  
  • Yeni layihələrin həyata keçirilməsində texniki dəstək göstərmək və layihə üzrə elektrik işlərini yerinə yetirmək.  
  • İstehsalatda qəza hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək.  
  • İş zamanı istifadə olunan elektrik alətlərinin və cihazlarının sazlığını qorumaq.

İş şəraiti

  • 5 günlük iş rejimi, 9.00-18.00 arası
  • Şirkət tərəfindən nahar verilir
  • Əmək haqqı razılasma yolu ilə 

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində ``Elektrik ustası`` qeyd etməklə göndərə bilərlər.