İşin təsviri
Tələblər
- IT və ya rəqəmsal sahədə müştərilərlə ünsiyyət təcrübəsi (arzuolunandır)
- Veb-inkişaf haqqında baza bilikləri: saytlar, CMS, hosting, domenlər
- Onlayn servislər və veb alətləri ilə sərbəst işləmək bacarığı
- Səlis şifahi və yazılı nitq
- İşgüzar yazışma aparmaq bacarığı
- Nizam-intizam və eyni anda bir neçə tapşırıqla işləmə bacarığı
- Stresə davamlılıq və problem həllinə yönümlülük
- Yeni texnologiyalar və veb məhsulları öyrənməyə maraq
Vəzifə Öhdəlikləri
- Veb layihələrin hazırlanması və dəstəyi ilə bağlı müştərilərlə ünsiyyət
- Tapşırıqlar üzrə tələblərin qəbulu və formalaşdırılması (saytlar, inteqrasiyalar, yeniləmələr)
- Veb-servislərlə iş: CRM, task-tracker-lər, CMS, analitika
- Komandada tapşırıqların yerinə yetirilməsinə və müddətlərə nəzarət
- Müştərilərin veb funksionallıqla bağlı konsultasiyası
- CRM-də layihələr üzrə məlumatların aktual saxlanılması
- Görüşlərdə, demo və veb-həllərin təqdimatlarında iştirak
- Studiyanın rəqəmsal xidmətlərinə dair müştərilərin əlavə ehtiyaclarının müəyyən edilməsi
Əmək haqqı: 1000 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.