İnsan Resursları üzrə Menecer

İşin təsviri

Şirkət: Platek Pact MMC, Şəmkir Çörək Zavodu

Vəzifənin adı: İnsan Resursları üzrə Menecer

Yerləşmə yeri : Şəmkir şəhəri

Platek Pact LLC Şəmkirdə çörək zavodunun inşasına başlayır. 5 hektar torpaq sahəsində, sutkalıq istehsal gücü 50 ton olacaq zavod  Holland şirkətinin təcrübəsinə əsaslanacaq. Əsas məhsul, sosial çörək olsa da, burada başqa un məmulatları da istehsal olunacaqdır. Zavodun inşasına mart ayından etibarən başlanılıb və artıq sentyabrda təhvil verilməsi planlaşdırılır. Platek Pact MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Əsas öhdəliklər:

• Öz səlahiyyətləri daxilində aidiyyəti üzrə Cəmiyyətin fəaliyyətində qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;
• Kadrların say və keyfiyyət tərkibini, işçilərin şəxsi məlumatı onların inkişaf və hərəkətini əks etdirən məlumat bazasının tərtibini aparmaq;
• Əmək qanunvericiliyinə, Cəmiyyətin nizamnaməsinə, korporativ qaydalarına müvafiq olaraq işçilərin işə qəbulunun, başqa işə keçirilməsinin, ezamiyyətə göndərilməsinin , məzuniyyətə buraxılmasının, vəzifədə irəli çəkilməsinin, ixtisasının artırlımasının, təlimlərə göndərilməsinin, intizam tənbehinin verilməsinin və işdən azad edilməsinin vaxtında rəsmiləşdirilməsini  həyata keçirmək;
• Cəmiyyətin şəxsi heyətinin uçotunun aparmaq;
• İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün daxili araşdırmada iştirak etmək;
• İşçilərin davamiyyət uçotunu aparmaq;
• İşçilərin şəxsi işlərini hazırlamaq və aparmaq, əmək fəaliyyətlə bağlı dəyişiklikləri etmək və bu barədə məlumatların şəxsi işlərdə saxlanması təmin etmək;
• Cəmiyyətdə insan resursları işinin mütəmadi təhlil etmək və onun inkişafı üçün təkliflər hazırlamaq;
• İş Fəaliyyətin Qiymətləndirilməsi və  İdarəolunması Sistemini Cəmiyyətdə tətbiq etmək və onu təkmilləşdirmək
• Cəmiyyətin uzun müddətli və qısa müddətli strategiya və  məqsədlərinin yerinə yetirilməsi üçün işçilərin ixtisasartırma kurslarını və inkişaf proqramlarını təşkil etmək;
• İşçilərin bilik səviyyələrinin sistematik inkişaf olunmasına və onların korporativ mədəniyyətinin artırılmasına rəy göstərmək;
• Cəmiyyətin ehtiyat kadr qüvvəsini hazırlamaq;
• Tələb olunduğu təqdirdə qanunvericiliyə uyğun olaraq Cəmiyyətin işçilərinin attestasiyasının keçirilməsini, onun metodika və məlumatla təmin edilməsini, attestasiyanın nəticələrinin analizində iştirak edilməsini, attestasiya komissiyasının qərarlarının yerinə yetirilməsinə daimi nəzarətin həyata keçirilməsini təmin etmək;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışlar və xasiyyətnamələr vermək;
• Məzuniyyət qrafikini və cədvəlini tərtib etmək, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrinə nəzarət etmək; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota almaq, təsdiq edilmiş cədvələ müvafiq olaraq əsas və əlavə məzuniyyətlərini rəsmiləşdirmək;
•  Cəmiyyətin Dərəcə sistemini hazırlamaq, idarəolunması və tətbiq edilməsini təmin etmək;
• Dərəcə sisteminə əsasən işçilərin əmək haqqlarını, dərəcələrin müəyyən edilməsini, nəzərdən keçirilməsinin idarəolunmasını və icrasına nəzarət edilməsini təmin etmək;
• Yeni işçilər üçün adaptasiya proqramını həyata keçirmək və onun səmərəliliyinin artırılması məqsədilə daim təkmilləşdirmək;
•  Korporativ mədəniyyətin formalaşdırlması və təkmilləşdirilməsi məqsədilə müxtəlif növ layihələr, təlimlər və proqramlar hazırlamaq və tətbiq etmək;

Tələblər:

• Ali təhsil;
• İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
• Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook, 1C proqramı);
• Azərbaycan və ingilis dillərini bilməli;
• AR Əmək Məcəlləsini bilməli;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.
 
Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” qeyd etməklə öz tərcümeyi halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız uğurlu namizədlərlə (tərcümeyi halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.