Keyfiyyət üzrə Menecer ( Şəmkir)

İşin təsviri

Şirkət: Platek Pact LLC, Shamkir Bakery

Vəzifənin adı: Keyfiyyət üzrə Menecer

Yerləşmə yeri : Şəmkir şəhəri

Platek Pact LLC Şəmkirdə çörək zavodunun inşasına başlayır. 5 hektar torpaq sahəsində, sutkalıq istehsal gücü 50 ton olacaq zavod  Holland şirkətinin təcrübəsinə əsaslanacaq. Əsas məhsul, sosial çörək olsa da, burada başqa un məmulatları da istehsal olunacaqdır. Zavodun inşasına mart ayından etibarən başlanılıb və artıq sentyabrda təhvil verilməsi planlaşdırılır. Platek Pact MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Əsas öhdəliklər:

• Çörək zavodunda Ərzaq Təhlükəsizliyi proqramının davamlı surətdə təkmilləşdirilməsinin idarə olunması;
• Daxili auditin aparılması yolu ilə Ərzaq Təhlükəsizliyi proqramının münasibliyinin müşahidə edilməsi;
• İşlərin vaxtında və səmərəli şəkildə yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə Düzəlişlərin həyata keçirilməsi proqramının idarə edilməsinə nəzarət.
• Zavod çərçivəsində əsas iş tapşırıqları ilə bağlı işçilərin səriştəsinin artırılması məqsədi ilə kompleks təlimlərin təşkili və həyata keçirilməsi.
• Çörək zavodunun bütün xarici yoxlamaların və bütün lazımi standartların tələblərinə uyğun olmasının təmin olunması. 
• Zavodun personalı üçün ərzaq təhlükəsziliyi və gigiyena qaydalarının bütün aspektləri ilə bağlı texniki göstərişlər, dəstək və təlimlərin təmin edilməsi.
• Zavod tərəfindən təyin olunmuş razılaşdırılmış qrafikə uyğun olaraq daxili auditin həyata keçirilməsi.
• Daxili auditin aparılması ilə sahənin Ərzaq Təhlükəsizliyi proqramına uyğunluğunun müşahidəsi və təmin olunması və çatışmazlıqların yüksək rəhbərliyə məruzə edilməsi;
• Aparılmış yoxlamalar nəticəsində irəli sürülmüş təklif və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
• Aparılmış auditin nəticə və tapıntılarının yüksək rəhbərliyə məruzə edilməsi.
• Ərzaq təhlükəsizliyini risk altına ala biləcək amillər barədə işçilərin məsləhət və təlimlər yolu ilə məlumatlandırılması üçün sahədə keyfiyyət mədəniyyətinin inkişaf etdirilməsi;
• Keyfiyyətin gündəlik tam qiymətləndirilməsi və qeydiyyatın aparılması.
• İstehlakçıların rəyinə dair hesabatın hazırlanması və tələb oluna biləcək işlərin tövsiyə edilməsi.

Tələb olunan professional təcrübə və  bacarıqlar:

 Gündəlik tələbat malları (FMCG) sektorunda minimum 5 il iş təcrübəsi,
 ISO 9001:2008 və ya 22000 və BRC Global Standartları ilə təcrübə
 Ərzaq Təhlükəsizliyi proqramları, Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri prinsiplərini, yoxlama və audit proqramları ilə bağlı mükəmməl biliklər(çörək hazırlama sahəsində təcrübəyə üstünlük verilir).
• HACCP və sertifikatı olan namizədlərə üstünlük verilirSəlis şifahi və yazılı Azərbaycan və İngilis dili bacarığı

Vacib olmamasına baxmayaraq namizədlərin aşağıdakı keyfiyyətləri avantaj olaraq qəbul edilir

 ISO 9001:2008 və ya 22000
 BRC Global Standard təcrübəsi və/və ya rəsmi təlim
 Geniş miqyaslı çörək hazırlanması sənayesi sahəsində iş təcrübəsi

Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “Keyfiyyət üzrə Menecer” qeyd etməklə öz tərcümeyi halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız uğurlu namizədlərlə (tərcümeyi halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.