Satınalmalar üzrə mütəxəssis

İşin təsviri

Şirkət: Platek Pact MMC, Şəmkir Çörək Zavodu

Vəzifənin adı: Satınalmalar üzrə mütəxəssis

Yerləşmə yeri : Şəmkir şəhəri

Platek Pact LLC Şəmkirdə çörək zavodunun inşasına başlayır. 5 hektar torpaq sahəsində, sutkalıq istehsal gücü 50 ton olacaq zavod  Holland şirkətinin təcrübəsinə əsaslanacaq. Əsas məhsul, sosial çörək olsa da, burada başqa un məmulatları da istehsal olunacaqdır. Zavodun inşasına mart ayından etibarən başlanılıb və artıq sentyabrda təhvil verilməsi planlaşdırılır. Platek Pact MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Əsas öhdəliklər:

• Çörək zavodund üçün tələb olunan bütün avadanlıq, qurğular, xam material, mal və xidmətlərin satınalma prosessinin  idarə edilməsi;
• Çörək zavodun satınalma siyasətinin müəyyən edilməsi, əlaqələndirilməsi və qiymətləndirilməsinin idarə edilməsi;
• Bütün növ satınalmalar  üçün spesifikasiyaların işlənib hazırlanması;
• Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə  şərtlərinin razılaşdırılması;
• Yeni  təchizatçıların araşdırılması və onların idarəedilməsi;
• Bazar tendensiyalarına riayət edilməsi;
• Hal-hazırda və gələcəkdə materialın mövcudluğunu təmin etmək məqsədilə bazar və tədarük sistemlərinin tədqiqi;
• Təchizatçılarla qiymətlər üzrə danışıqlar aparılması;
• Lazımi təqdirdə tender prosessinin həyata keçirilməsi;
• Çatdırılma vaxtları ilə əlaqədar təchizatçılara nəzarət edilməsi;
• Son istifadəçilərlə (sifarişçilərlə) mütəmadi danışıqlar apararaq satınalmanın vaxtı-vaxtında təmin olunması;
• Təchizatçıların seçilməsi, qiymətləndirilməsi,  müqavilələrin bağlanması və müqavilələrə nəzarət üzrə  məsuliyyət;
• İldə iki dəfə təchizatçıların göstərdiyi xidmətlərin dəyərləndirilməsi;
• Günün tələblərinə və şərtlərinə uyğun təchizat siyasətinin və qaydalarının müəyyən edilməsi;
• Müdriyyət  tərəfindən tələbə əsasən Satınalma prosesi üzrə aylıq, rüblük, illik hesabatların hazırlanması.  

Tələblər:

• Ali təhsil, satınalmalar və maddi texniki təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
• MS Office  proqramları üzrə əla səviyyəli biliklər;
• Gərgin iş şəraitində  işləmək bacarığı, qətiyyət və çalışqanlıq, komandada işləmə bacarığı;

• Yüksək səviyyədə  ünsiyyət bacarığı;
• Son icra tarixlərinə əməl etmə  bacarığı;
• Tələblərə qısa müddət ərzində çevik və tez  zamanda cavab vermə bacarığı;
• Məhsuldar iş mühitində işləmək bacarığı;
• Səlis şifahi və yazılı İngilis dili bacarığı.

Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “Satınalmalar üzrə mütəxəssis” qeyd etməklə öz tərcümeyi halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız uğurlu namizədlərlə (tərcümeyi halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.