Hüquqşunas (Şəmkir)

İşin təsviri

Şirkət: Platek Pact MMC, Şəmkir Çörək Zavodu

Vəzifənin adı: Hüquqşunas

Yerləşmə yeri: Şəmkir şəhəri

Platek Pact MMC Şəmkirdə çörək zavodunun inşasına başlayır.  5 hektar torpaq sahəsində, sutkalıq istehsal gücü 50 ton olacaq zavod  Holland şirkətinin təcrübəsinə əsaslanacaq. Əsas məhsul, sosial çörək olsa da, burada başqa un məmulatları da istehsal olunacaqdır. Platek Pact MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Əsas vəzifələr

• PLATEK PACT MMC-da normativ aktların dəqiq tətbiqini təmin edir;
• PLATEK PACT MMC-nın fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  qanunauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edir;
• Mülki-hüquqi müqavilələri hazırlayır, hər hansı bir digər tərəfdən təqdim olunduğu halda,  müqavilənin qanunvericiliyə  və PLATEK PACT MMC-nın maraqlarına  uyğun olub-olmadığını yoxlayır  və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• PLATEK PACT MMC-nın fəaliyyəti ilə əlaqədar hüquqi şəxs(lər)in dövlət qeydiyyatı, yenidən təşkili və ləğvinə dair sənədlər paketini hazırlayır və icra edir; 
• Hüquqi şəxsin təsis sənədlərinə edilən dəyişikliklərin və qeydiyyata alınmış faktların sonrakı  dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər toplusunu hazırlayır və icra edir;
• PLATEK PACT MMC-da kadrlar  və mühasibatlıq sənədlərini qanunauyğun şəkildə hazırlanması və dövriyyəsinə nəzarət edir, hüquqi məsləhətin verilməsini təmin edir və səmərəli təkliflər irəli sürür;  
• PLATEK PACT MMC-nın qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzu olunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrdən istifadə edir;
• PLATEK PACT MMC-nın maraqlarının məhkəmədə qorunması məqsədi ilə etibarnamə əsasında təyin olunmuş nümayəndə qismində məhkəmədə prosessual imkanlardan istifadə edir;
• PLATEK PACT MMC-nin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətin, rəy və arayışların verilməsini təmin edir;
• Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və PLATEK PACT MMC-nın siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir;
• Müqavilə/razılaşmaya dair inzibati prosesin işlənib hazırlanması və icrası  və  ona riayət olunmasının monitorinqi ilə əlaqədar proseduraların müəyyən edilməsi məqsədilə Hüquq Departamentinin rəisi ilə əməkdaşlıq edir. Müqavilə/razılaşma müddəalarının nəzərdən keçirilməsinə köməklik göstərir; şərtlər, spesifikasiyalar və ya dil ilə əlaqədar mümkün dəyişiklikləri, izahları, əlavə və ya çıxarılmaları araşdırır, təhlil və təklif edir;
• Peşəkar/texniki xidmətlərin göstərilməsi ilə əlaqədar təkliflər üzrə müraciətlərin və  müqavilə/razılaşma sənədlərinin hazırlanmasında, sənədin tələblərinə uyğun olması üçün cavabların və tender təkliflərinin nəzərdən keçirilməsində və  qiymətləndirilməsində və podratçı/məsləhətçinin seçimi ilə bağlı tövsiyələrin verilməsində  PLATEK PACT MMC-nın rəhbərliyinə  yüksək səviyyədə etibarlı və kompleks yardım göstərir;
• PLATEK PACT MMC-nın səmərəli və effektiv idarə edilməsi məqsədilə, təklif olunmuş və ya yeni qanunvericilik və ya normativlər, məhkəmə qərarları, sənaye istiqamətləri və ya yanaşmaları və dövlət idarəçiliyi və müqavilələrin idarə edilməsi sahəsində yeniliklərə dair  məlumat əldə edir;
• Müqavilələrin bağlanması və icrası ilə əlaqədar risklərin müəyyən edilməsi və azaldılmasını təmin edir;
• Müqavilələri kommersiya nöqteyi- nəzərindən qiymətləndirir;
• Müqavilələri PLATEK PACT MMC-nın  ticari maraqlarını təmin edən dildə tərtib edir;

İnsan Resursları üzrə görüləcək işlər

• Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
• Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
• İşçilərin şəxsi işlərini hazırlamaq və aparmaq, əmək fəaliyyətlə bağlı dəyişiklikləri etmək və bu barədə məlumatların şəxsi işlərdə saxlanması təmin etmək;
• Cəmiyyətin şəxsi heyətinin uçotunun aparmaq;
• İşçilərin davamiyyət uçotunu aparmaq;
• Cəmiyyətdə insan resursları işinin mütəmadi təhlil etmək və onun inkişafı üçün təkliflər hazırlamaq;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışlar və xasiyyətnamələr vermək;
• Məzuniyyət qrafikini və cədvəlini tərtib etmək, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrinə nəzarət etmək; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota almaq, təsdiq edilmiş cədvələ müvafiq olaraq əsas və əlavə məzuniyyətlərini rəsmiləşdirmək;

Tələb olunan xüsusiyyətlər

• Hüquq sahəsində bakalavr və magistr təhsili;
• Hüquq sahəsində ən azı 4 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı ;
• Dəyişən şəraitə adaptasiya qabiliyyəti;
• Şifahi və yazılı İngilis dilində ünsiyyət bacarığı və yazı qabiliyyəti,  və Azərbaycan  dilində əla səviyyədə şifahi və yazılı nitq qabiliyyəti;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).

Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “Hüquqşunas”  qeyd etməklə öz tərcümeyi-halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız uğurlu namizədlərlə (tərcümeyi-halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.