İstehsal üzrə Menecer (Şəmkir)

İşin təsviri

Şirkət: Platek Pact MMC, Şəmkir Çörək Zavodu

Vəzifənin adı: İstehsal üzrə Menecer

Yerləşmə yeri: Şəmkir Şəhəri

Platek Pact LLC Şəmkirdə çörək zavodunun inşasına başlayır. 5 hektar torpaq sahəsində, sutkalıq istehsal gücü 50 ton olacaq zavod  Holland şirkətinin təcrübəsinə əsaslanacaq. Əsas məhsul, sosial çörək olsa da, burada başqa un məmulatları da istehsal olunacaqdır. Zavodun inşasına mart ayından etibarən başlanılıb və artıq sentyabrda təhvil verilməsi planlaşdırılır. Platek Pact MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Əsas öhdəliklər:

• Gəlir və xərclərə, Zavodun effektivliyinin əsas göstəricilərinə, sahənin Qida Təhlükəsizliyi Proqramına uyğunluğuna görə tam məsuliyyət daşımaq şərti ilə Çörək Zavodunun rəhbər heyətinə başçılıq etmək.
• Zavodun hər bir KRA (başlıca uğur sahələri) sahəsində uğurlarının təmin edilməsi üşün yeni biznes imkanlarının müəyyən edilməsi . Zavodun hədəf və dəyərlərinin müəyyən edilməsi.
• Bölmə və Şöbə müdirləri tərəfindən aşağıdakı işlərin təmin edilməsinə nail olmaq
• Zavodun istehsal / qablaşdırma və dağıtım şöbələrinin idarə olunması
• Bütün xammalların Sağlamlıq Vəziyyətinin müəyyən edilməsi
• Aşağıdakı Əsas Effektivlilik Göstəricilərinin müəyyən edilməsi
a. İstehsal qabiliyyəti
b. İstehsal Tullantıları
c. KG ilə verilmiş istehsal qabiliyyəti
d. Ədədlə verilmiş istehsal qabiliyyəti
e. Qutularla verilmiş istehsal qabiliyyəti
f. Tam şəkildə və vaxtında çatdırılma
• Resursların tələb olunan qaydada idarə olunması
• Zavodun rəhbər heyətinin idarə olunması.
• Bütün Sağlamlıq və Təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
• Müəssisənin Qida Təhlükəsizliyi proqramının icrası
• Bütün heyəti 100% keyfiyyət 100% zaman prinsipinə riayət etməyə şövqləndirmək.
• Şirkətin korporativ siyasətlərinin həyata keçirilməsi

Tələb olunan professional təcrübə və bacarıqlar:

Kommersiya yönümlü çörək zavodu işləri sahəsində  ən azı 2-3 il təcrübə
Çörək bişirmə sənayesi sahəsində ixtisaslaşma və ya çörək bişirmə elmi və ya oxşar sahədə dərin biliklər
Gündəlik tələbat malları sənayesi sahəsində iş təcrübəsi

• Mükəmməl kompüter bacarıqları tələb olunur.
• MS Office proqramları ilə bağlı dərin biliklər
• Ümumi işgüzar zirəklik
• Tapşırıqlarda prioritetlərin müəyyən edilməsi bacarığı
• İstehsal mühitinin mükəmməl şəkildə başa düşülməsi
• Təchizatçılar, müştərilər və Digər Biznes Vahidləri ilə yaxşı əlaqələrin qorunub saxlanması bacarığı
• İşçi  heyətin idarə edilməsi və motivasiyası bacarığı
• Səlis şifahi və yazılı Azərbaycan və İngilis dili bacarığı

Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “İstehsal üzrə  Menecer” qeyd etməklə öz tərcümeyi halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız uğurlu namizədlərlə (tərcümeyi halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.