Məhsul sahibi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 26.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Daxili sistemlərin rəqəmsallaşması üçün məhsulun vizyonunun formalaşması və yol xəritəsinin hazırlanması;
  • Məsul olduğu biznes sahəsi üzrə hədəf, məqsəd və işlər siyahısının Şirkətin strateji hədəflərinə, gözləntilərinə və təşəbbüslərinə uyğunluğunun təmin edilməsi və komanda üzvləri ilə paylaşılması;
  • Məsul olduğu biznes istiqamətlərində biznes proseslərin həm xarici, həm də daxili müştərilərin tələblərinə uyğunluğunun təmin edilməsi;
  • Məsul olduğu biznes istiqamətlərində dünya təcrübəsi, uğurlu nümunələr və innovativ həllərin tətbiqinin sınanması;
  • Agile prinsiplərinə uyğun olaraq komanda üzvləri və maraqlı tərəflərlə qarşılıqlı faydalı və şəffaf əməkdaşlığın və effektiv fəaliyyətin təmin edilməsi;
  • Sahənin Rüblük Biznes Hesabatının (Quarterly Business Review) hazırlanmasını təmin etmək;
    Rəqəmsal məhsullar üzrə məhsulun backlog-un yaradılması və prioritetləşdirilməsi

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə, İnvestisiya, Marketing, Satış və ya Strategiya sahələri üzrə 2 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: Maliyyə, İqtisadiyyat və idarəetmə, İT, Riyaziyyat və Kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur. 
  • Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: əla      
  • Üstünlüklər: Məhsul sahibi, Rəqəmsal transformasiya və ERP sistemlərin inteqrasiyası üzrə iş təcrübəsi olanlara və Agile/dizayn thinking üzrə təcrübəyə və biliklərə sahib olanlara üstünlük veriləcəkdir.
  • Kompüter bilikləri: MS Office: əla
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma

İmtiyazlar 

  • Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketləri
  • Korporativ Həyat Sığortası: Ağır xəstəliklərdən sizi təminat altına alan sığorta növü 
  • Fərdi İnkişaf planı
  • Parkinq imkanı

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi