İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müxtəlif kommunikasiya kanallarında (telefon, whatsapp, telegram, mail, facebook və s.) “Umico Market”də mal və məhsul kateqoriyaları üzrə müştəri konsultasiyalarının həyata keçirilməsi.
- Mövcud məlumat bazasına gedən zənglərin təşkili və müştəri üçün müvafiq malların satışının təmin edilməsi (Telemarketinq).
- Müştərilərin şirkətin xidmətləri və innovativ layihələri haqqında məlumatlandırılması.
- CRM sistemində zənglərin qeydiyyatının aparılması.
- “Umico Market” məhsulları üzrə konsultasiya məqsədilə müştərilərdən daxil olan zənglərin cavablandırılması.
- Müştərilərin müraciətlərini nəzərdən keçirmək və həll etmək.
Namizədlər üçün tələblər:
- Azərbaycan və rus dillərində sərbəst danışması.
- Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübəyə sahib olması.
- Ofis proqramlarını bilməsi.
- Komandada işləmək bacarığının olması.
- İşgüzar yazışmalarda düzgün qrammatikadanistifadə etməsi və ünsiyyət bacarığının olması.
- Səlis, aydın və intonasiya ilə danışmaq bacarığının olması.
- Əmtəə maddələrinin təfərrüatlarını və təsvirlərini anlaması.
Şərtlər:
- Əməkhaqqı - 700 AZN (350 fiks + 350 bonus )
- İş rejimi - Növbəli iş qrafiki - 5/2
- Iş yeri – Qafqaz Biznes Mərkəzi
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, cv-lərini " Çağrı mərkəzi üzrə operator " mövzu başlığını qeyd etməklə elektron poçtuna göndərsinlər