Təlimçi

İşin təsviri

World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi

“Cənubi Qafqaz Əlliliyi olan Uşaqların Sosial İnteqrasiyası”  Layihəsi çərçivəsində təlimlərinin keçirilməsi məqsədilə maraqlı tərəfləri təkliflərini təqdim etməyə dəvət edir

Bu layihə əlilliyi olan uşaqların cəmiyyətə və həyata tam inteqrasiyası – bərabər təhsil imkanları, mövcud xidmətlərin əlaçatanlığını, icmada fəal iştirakını təmin edən mühitin yaradılması məqsədini güdür. Layihə ümumilikdə əlilliyi olan insanların, məxsusi olaraq isə əlilliyi olan uşaqların müdafiəsi və inkişafına ünvanlanıb.

“World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi layihənin həyata keçiriləcəyi icmalarda 20 tibb bacısı və/və ya həkimlərə əlillik, əlilliyə münasibətdə davranış, uşaqlarda müşahidə olunan əlillik növləri və digər xəstəliklər, əlilliyi olan uşaqlara qayğı, əlilliyi olan uşaqların inkişafı və məşğuliyyəti mövzularını əhatə edən təlimlər təşkil edəcək.

Layihənin əraziləri: Bakı – Xəzər və Suraxanı rayonları

Təlimləri keçirənin vəzifələri:

• Əlilliyə münasibətdə davranış , uşaqlarda müşahidə olunan əlillik növləri və digər xəstəliklər, əlilliyi olan uşaqlara qayğı, əlilliyi olan uşaqların inkişafı və məşğuliyyəti mövzularını əhatə edən modulun hazırlanması
• Bakı – Xəzər və Suraxanı rayonlarında yerli tibb müəssisələrinə çıxışın yaradılması və tibb bacıları və/və ya həkimlərin təlimlərə cəlb olunması
• Hazırlanmış modul əsasında təlimlərin aparılması
• Hesabatın hazırlanması və təqdim edilməsi.

Hesabatlılıq:

Təlimləri keçirən şəxs birbaşa Layihə Koordinatoruna hesabat verəcəkdir.

Davamlılıq:

Təlimlər 1 ay (Avqust-Sentyabr) müddətində nəzərdə tutulub.

Tələblər:

• Tibbi, Pedaqoji, Psixologiya sahəsində ali təhsil;
• İdarəetmə qabiliyyəti;
• Tibb müəssisələrinə çıxışın olması
• Tibb işçilərinə təlimlərin aparma təcrübəsi
• Uşaqlarla və ailələrlə iş təcrübəsi;
• Natiqlik və ünsiyyət qurma bacarığı
• Analizetmə və qiymətləndirmə bacarığı;
• Yüksək yazılı və şifahi Azərbaycan dili bacarıqları. Rus dili bacarıqları arzuolunandır;
• MS office bilikləri.

Maraqlananlar aşağıdakı sənədləri [email protected]. ünvanına göndərməlidirlər.

• Motivasiya məktubu
• CV
• Əmək haqqı gözləntisi
• Əvvəlki iş yerindən dəstək məktubu (əgər mümkündürsə)

World Vision bərabər iş imkanlarını təmin edir.

Lütfən, e-poçt mesajınızın “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin  (Təlimçi). Əks halda daxil olan müraciətlər nəzərdən keçiriləcəyi vaxt sizin namizədliyiniz nəzərdən keçirilməyəcəkdir.

Yalnız son mərhələyə keçən namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Sənədlərin son qəbulu: 07 Avgust, 2014, 17:00