Təlimçi/Konsultant

İşin təsviri

World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi
“Cənubi Qafqaz Əlilliyi olan Uşaqların Sosial İnteqrasiyası” Layihəsi çərçivəsində
təlimlərin keçirilməsi məqsədilə maraqlı tərəfləri təkliflərini təqdim etməyə dəvət edir

Bu layihə əlilliyi olan uşaqların cəmiyyətə və həyata tam inteqrasiyasi – bərabər təhsil imkanları, mövcud xidmətlər çıxışı, icmada fəal iştirakını təmin edən mühitin yaradılması məqsədini güdür. Layihə ümumilikdə əlilliyi olan insanların, xüsusi olaraq isə əlilliyi olan uşaqların müdafiəsi və inkişafını nəzərdə tutur.
“World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındaki nümayəndəliyi layihənin həyata keçiriləcəyi Xəzər və Suraxanı icmalarında uşaq müdafiəsinə dair təlimlərin keçirilməsi, vəzifəsinə təlimçi  axtarır.

Layihənin əraziləri: Bakı ,Xəzər və Suraxanı

Vəzifələri:

• Təlim modulunun hazırlanması;
• Uşaq Hüquqları, əlillik və “Əlil insanlara dair BMT`nin Konvensiyası”  üzrə icmalarda və əlaqədar strukturların nümayəndələrinə təlimlərin keçirilməsi;
• Təlim hesabatlrarin hazırlanması;

Hesabatlılıq:
Təlimçi birbaşa layihə koordinatoruna hesabatlı olacaq.
Davamlılıq:
Bu vəzifə əlavə 1 il artirilma ehtimali ilə 6 ay muddətində nəzərdə tutulub.

Tələblər:

• Hüquq ,sosial iş,pedagoji, sahəsində ali təhsil;
• Inkluziv təhsil sahəsində iş təcrübəsi
• Təlimçi stajı minimum 3-5 il.
• İdarəetmə qabiliyyəti;
• Uşaqlarla iş təcrübəsi;
• Analizetmə və qiymətləndirmə bacarığı;
• Yüksək yazılı və şifahi Azərbaycan dili bacarıqları. Rus ve inqilis dili arzuolunandır;
• MS office bilikləri

Maraqlananlar aşağıdakı sənədləri [email protected]. ünvanına göndərməlidirlər . Lütfən, e-poçt mesajınızın “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin  (Təlimçi/Konsultant). Əks halda daxil olan müraciətlərə baxıldığı vaxt sizin namizədliyiniz nəzərdən keçirilməyəcəkdir.

• Motivasiya məktubu
• Cv
• 1 təlim üçün gözlənilən əmək haqqı (bütün xərclər daxil olmaqla)“World Vision International” bərabər iş imkanlarını təlqin edir.

Sənədlərin son qəbulu: 10.04.2014   17:00