İşin təsviri
Vəzifənin məqsədi:
- Məhsul Meneceri şirkətin təmsil etdiyi markaların elmi, kommersiya və strateji idarəçiliyini həyata keçirir.
- Əsas məqsəd – məhsulun bazar payını artırmaq, satış potensialını gücləndirmək, brend mövqeyini möhkəmləndirmək və satış komandalarına strateji dəstək göstərməkdir.
Əsas vəzifə və məsuliyyətlər:
- Şirkətin strategiyasına uyğun məhsul və brendlər üçün illik marketinq planı və büdcə hazırlamaq;
- Qısa və uzunmüddətli marketinq strategiyalarını formalaşdırmaq və həyata keçirmək;
- Mövcud və yeni məhsullar üzrə bazar və rəqib analizləri, SWOT təhlilləri aparmaq;
- Yeni məhsulların bazara çıxarılması (launch) prosesini idarə etmək və satış dəstək materiallarını hazırlamaq;
- Satış və marketinq şöbələri ilə birlikdə reklam, PR və kampaniya fəaliyyətlərini planlaşdırmaq və koordinasiya etmək;
- Həkimlər və eczacılar üçün elmi təqdimatlar, konfranslar və təlimlərin təşkili;
- Məhsulların elmi və kommersiya dildə təqdim edilməsini təmin etmək, təqdimat fayllarını hazırlamaq;
- Satış performansını izləmək, aylıq və rüblük hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Xarici tərəfdaşlarla (istehsalçı və distribyutorlarla) əlaqə saxlamaq, məhsulun strateji istiqamətini uyğunlaşdırmaq;
- Satış komandası üçün elmi, analitik və marketinq dəstək materialları hazırlamaq (briefing, sales kits, training və s.);
- Bütün fəaliyyətlərin mövcud qanunvericilik və şirkət etik standartlarına uyğun icrasını təmin etmək.
- Tibbi nümayəndələrin tədris və təlimi;
- Təqdimatların və dəyirmi masaların təşkil olunması və keçirilməsi.
Namizədə dair tələblər:
- Təhsil: Ali (Əczaçılıq, Biologiya, Tibb, Kimya, Marketinq və ya İqtisadiyyat üzrə);
- Ən azı 3–5 il dərman, BAQM və ya nutrasevtik sektorda Product Manager vəzifəsində təcrübə;
- Bazar və rəqib analizi, qiymət formalaşdırma və brend mövqelənməsi sahəsində praktiki bacarıq;
- Excel, PowerPoint, CRM və analitik proqramlarda yüksək səviyyəli bilik;
- Elmi məlumatı kommersiya dilinə uyğunlaşdırma və təqdimetmə bacarığı;
- Azərbaycan və Türk dillərində səlis, İngilis dilində yaxşı səviyyə;
- Güclü strateji düşüncə, analitik yanaşma və nəticəyönümlü iş tərzi;
- Komandada işləmə və təşəbbüskar qərarvermə qabiliyyəti;
- Səyahət maneəsi olmayan, aktiv idarəetmə bacarığı olan şəxs.
Təklif olunur:
- Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək);
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Rəsmi əmək müqaviləsi;
İş şəraiti
- İş rejimi: 5 gün (I–V günlər)
- İş saatları: 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və Bazar
- İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küçəsi
CV-nizi “Product menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.