Biznes analitik

İşin təsviri

İş şəraiti:

  • İş rejimi: 5 gün (I–V günlər)
  • İş saatları: 09:00 – 18:00
  • İstirahət günləri: Şənbə və Bazar
  • İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küçəsi

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırmalarının aparılması və rəqabət analizinin hazırlanması
  • Marketinq kampaniyalarının effektivliyinin ölçülməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi.
  • Yeni məhsulların bazara çıxışı üçün bazar araşdırmaları və qiymətləndirmə hesabatlarının hazırlanması.
  • Rəqəmsal marketinq göstəricilərinin (trafik, CTR, dönüş nisbəti və s.) analizi.
  • Qiymət siyasəti, satış hədəfləri və bazar payı üzrə analitik təkliflərin verilməsi
  • Müştəri davranışlarının təhlili və müştəri seqmentasiyası üzrə təkliflərin hazırlanması.
  • Rəhbərliyə mütəmadi analitik hesabatların təqdim edilməsi
  • Dərman, qida əlavələri bazarının vəziyyəti, rəqiblərin fəaliyyəti və bazar payı üzrə mütəmadi analizlərin aparılması.
  • Satış komandası ilə birgə çalışaraq, satış hədəflərinin müəyyənləşdirilməsi və təqibi.

Tələblər:

  • Ali təhsil (marketinq, biznes idarəçiliyi, iqtisadiyyat və ya analitika sahəsində)
  • Marketinq və ya biznes analitika sahəsində minimum 2 illik iş təcrübəsi
  • Analitik düşüncə və məlumatlarla işləmək bacarığı
  • Excel, Power BI və ya digər analitik proqramlarla işləmək bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Dərman və ya tibbi məhsullar sektorunda təcrübə üstünlükdür

Təklif olunur:

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək)
  • Peşəkar və inkişaf yönümlü iş mühiti
  • Rəsmi əmək müqaviləsi

Müraciət üçün: CV-nizi “Biznes analitik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Nutrient tərəfindən digər vakansiyalar