Resepşionist

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Ofis daxili sənədləşmələrin həyata keçirilməsinə nəzarət, və qeydiyatının aparılması və rəhbərliyə birbaşa təqdim olunması;
  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət;
  • Görüşlərin və iclasların təşkili; 
  • E-mail və telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi;
  • Elektron və kağız sənədlərin qeydiyyatı, qəbulu, göndərilməsi;
  • Göndərilən sənədlərin qeydiyyata almaq , skan edilməsi və ünvanlarına göndərilməsini təmin etmək;
  • Ofis ləvazimatlarının sifarişini hazırlamaq və  inventarın  hərəkətini idarə etmək;
  • İclas otağının və  cavabdeh olduğu digər iş sahələrinin iş üçün  hazır vəziyyətdə saxlamaq;
  • Ofisə gələn qonaqları qarşılamaq, yönləndirmək, çay, kofe təklif edilməsi və verilməsi;
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatları hazırlamaq;

Namizədə qarşı tələblər:

  • Ali və ya orta təhsil;
  • Tələbə olmaması;
  • Səliqəli xarici görünüş, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;
  • Komputer bilikləri: Word, Excel, Power Point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Komanda da işləmə bacarığı;
  • Çevik və işgüzar olması;
  • Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.

Peşəkarlıq tələbləri: 

  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı qabiliyyəti;
  • Dəqiqlik və sənədlərlə düzgün işləmə 
  • Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;
  • Təqdimat aparmaq və idarəetmə bacarığı.

İş qrafiki və əmək haqqı:

  • Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə 
  • İş rejimi:  I-V günlər, 09:00-dan 18:00-a kimi.

İş yeri

  • Bakı şəhəri, Nərimanov r-nu, Nəsibə Yusifbəyli küçəsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.