İşin təsviri
Vəzifə öhdəlikləri:
- Ölkə daxilindəki əməliyyatları, layihələri və biznes proseslərini izləmək və rəhbərliyə mütəmadi məlumat təqdim etmək
- Verilən tapşırıqları tam formada icra etmək, nəticələndirmək və hesabat vermək
- Kommersiya, bazar və biznes məlumatlarının müqayisəsini, təhlilini və mütəmadi hesabatların hazırlanmasını təmin etmək
- Bazar araşdırmaları aparmaq, rəqib və qiymət təhlilləri hazırlamaq, nəticələri rəhbərliyə təqdim etmək
- Yeni biznes imkanları, investisiya layihələri və inkişaf istiqamətləri üzrə araşdırmalar apararaq rəhbərliyə təkliflər təqdim etmək
- Şirkətin brend kimliyinin formalaşdırılması: veb-sayt, logo, korporativ e-mail və sosial media platformalarının yaradılması və idarə olunmasında iştirak
- İngilis və rus dillərində yazılı və şifahi ünsiyyət qurmaq, tərcümə və yazışma proseslərində dəstək olmaq
- Şirkətin imicinin formalaşması və tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi üçün tədbirlərdə iştirak etmək
- Birbaşa rəhbərin verdiyi digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Namizədlərə tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 1 ildən 3 ilə kimi
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş vaxtı: 09.00-dan 18.00-kimi
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1200-1500 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Biznesin inkişafı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Diqqət:
- Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
- Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
- Zəng üzərindən müraciətlər qəbul olunmur
- Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil