İşin təsviri
Vəzifə öhdəlikləri:
- İşə qəbul, azad, yerdəyişmə ilə bağlı təsdiq edilmiş sənədlərin proqram bazasına və ƏMAS-a daxil edilməsi.
- Şəxsi heyətin uçotunu aparmaq əmək müqavilələrini, şəxsi anketlərini hazırlanmasına, təsdiqdən sonra şəxsi işlərini formalaşdırmaq.
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək.
- Aylıq, rüblük və illik hesabatlar hazırlamaq.
- Kadrlar üzrə cari və perspektiv planlar işləyib hazırlamaq.
- Gündəlik icra edilən sənədlərin mühasibatlığa aid olan hissələrini hazırlayıb təqdim etmək.
- Digər şöbələrdən, layihələrdən daxil olan müraciətləri həll etmək.
- Əmək haqqı ilə bağlı tabellərin hazırlanması.
Tələblər:
- Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, menecement ixtisası üstünlükdür).
- Əmək münasibətlərinin tənzimlənməsinə aid Azərbaycan Respublikasının qanunverciliyini.
- Kadrların uçotu və hərəkəti üzrə sənədləşmənin aparılmasına dair qanunvericiliyi və normativ hüquqi aktları, metodik materialları. MS Office Suite.
- Analitik düşüncə, güclü riyazi hesablama və vaxtın idarəedilməsi üzrə bacarıqlar.
- Yaş həddi: 25-35
- Ezamiyyətə ehtiyac yarandıqda gedə bilmək.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri (Bakı)
- Könüllü tibbi sığorta
- İş saatları: 09:00-18:00;
- Əmək haqqı: Rəqabətə davamlı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları əməliyyatları üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.