İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şirkətin satınalma prosesini təşkil və idarə edir;
- Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırır;
- Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və təchizatçı bazasını daima yeniləyir;
- Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir;
- Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqları aparır;
- Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirir;
- Satın alınmış xammal, mal, materialların və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət edir və aidiyyati şəxslərə hesabat verir;
- Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət edir;
- Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırır;
- Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət edir;
- Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat verir;
- Tələb olunduqda daşınma və gömrük məsələlərini həll edir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə);
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
- Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma departamentinin rəhbəri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.