Sənədlərə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Müəssisə daxilində texniki və inzibati sənədlərin düzgün qeydiyyatını, idarə olunmasını, arxivləşdirilməsini və lazımi şəxslərə vaxtında çatdırılmasını təmin edir. Sənədlərin versiya izlənməsinə nəzarət edir, elektron sənəd dövriyyəsi sistemləri ilə işləyir və sənədləşmənin şirkətin standartlarına uyğun aparılmasına cavabdeh olur.

Vəzifə öhdəlikləri:

  • Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
  • Texniki ofis və sahə mühəndisləri arasında sənəd dövriyyəsinin koordinasiyasını təmin etmək;
  • 1C tətbiqində müqavilələrin qeydiyyatının aparılması və şirkətlərin rekzivitlərinin 1C tətbiqinə daxil edilməsi;
  • Tikintinin qanunvericilik çərçivəsində sənədləşdirilməsin təmin etmək habelə ümumi işlərin qanunvericilik çərçivəsində aparılmasına nəzarət etmək;
  • Dövlət və qeyri-dövlət orqanlarına aid olan elektron serverdə yerləşdirilməsi və ümumi işlərə nəzarət etmək;
  • Sifarişçi ilə Podratçı şirkət arasında sistemli olaraq sənəd mübadiləsinin yerinə yetirmək və nəzarət etmək;
  • Layihəyə aid olan bütün sənədlərin daima serverdə saxlanıb qorunmasını təmin etmək;
  • Rəhbərlik  tərəfindən qoyulan digər tapşırıqları tələb edilən qaydada icra etmək;
  • Arxiv və sənəd bazalarının yenilənməsi və ehtiyat nüsxələrinin saxlanılması.

Tələblər:

  • Ali təhsil; 
  • Sənədlərlə iş sahəsində minimum 2 il iş təcrübəsi (Tikinti və ya mühəndislik sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır; 
  • Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;
  • MS Office proqramlarını yaxşı bilmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.