İşin təsviri
Vəzifə funksiyaları:
- Əsas sənədlərin (fakturalar, göndərişlər, aktlar, müqavilələr və s.) düzgünlüyünün və tamlığının yoxlanması;
- Sənədlərin daxili siyasətə və qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
- Təsdiqlənmiş büdcələrin icrasının monitorinqi;
- Büdcə pozuntularının təhlili və rəhbərliyə tövsiyələrin hazırlanması;
- Əməliyyatların daxili qaydalara və qanunlara uyğunluğunun qiymətləndirilməsi;
- Mühasibat uçotunda əməliyyatların düzgün əks olunmasına nəzarət;
- Müxtəlif şöbələrin fəaliyyətinin yoxlanılması və daxili auditlərin təşkili;
- Yoxlama nəticələri üzrə hesabatların hazırlanması və aşkar olunan nöqsanların aradan qaldırılmasına nəzarət;
- Məlumat mübadiləsinin əlaqələndirilməsi və şəffaflığın təmin edilməsi;
- İşçilərə daxili nəzarət məsələləri üzrə məsləhətlərin verilməsi;
- Daxili siyasətlərin, qaydaların və təlimatların hazırlanması, yenilənməsi və tətbiqi;
- İşçilərin daxili nəzarət sahəsində təlimlərinin keçirilməsi;
- Maliyyə və vergi hesabatlarının düzgünlüyünün yoxlanması;
- Xarici yoxlamalar və auditlər üçün sənədlərin hazırlanmasında iştirak;
- Maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi;
- Risklərin azaldılması üçün tədbirlərin hazırlanması və tətbiqi;
- Biznes proseslərində zəif məqamların aşkar edilməsi;
- Effektivliyin və təhlükəsizliyin artırılması üçün təkliflərin verilməsi;
Tələblər:
- Maliyyə, Mühasibatlıq, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Daxili audit, risklərin idarə edilməsi və ya daxili nəzarət işində ən azı 1-2 il iş təcrübəsi;
- Audit metodologiyaları və daxili nəzarət işləri üzrə biliklər;
- Maliyyə təhlili, risk qiymətləndirilməsi və uyğunluq yoxlamaları üzrə bacarıqlar;
- Maliyyə uzlaşmaları və anbar yoxlamaları üzrə təcrübə;
- Problem həll etmə, analitik və araşdırma bacarıqları;
- Aşkar olunanları və müvafiq tövsiyələri rəhbərliyə effektiv şəkildə çatdırmaq bacarığı;
- Diqqətcil yanaşma və yüksək etik standartlar;
- Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) yüksək səviyyədə işləmə bacarığı;
- Dil bilikləri : Azərbaycan dili sərbəst, Rus dili sərbəst, İngilis dili arzuolunan.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı
- Əmək haqqı: Müsahibə əsasında
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Daxili nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.