İşin təsviri
Vəzifə öhdəlikləri:
- İlkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin, formalarının işlənib hazırlanmasında iştirak etmək.
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabında düzgün əks etdirilməsi, operativ məlumatları və mühasibatlıq hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib etmək.
- Əmək haqqı (məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və s.) hesablanması.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsi.
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas vəsaitlərin uçotunun aparılmasında, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasında, iş və xidmətlərin yerinə yetirilməsində iştirak etmək.
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
Tələblər:
- Təhsil: Ali təhsil (maliyyə/mühasibatlıq üzrə).
- Təcrübə : Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili səlis.
- Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikat və ya ixtisasartırma üstünlükdür.
- Proqram bilikləri: 1 C mühasibat uçotu və Microsoft proqramları.
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş yeri (Bakı)
- Könüllü tibbi sığorta
- İş saatları: 09:00-18:00;
- Əmək haqqı: Rəqabətə davamlı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik mühasib” yazaraq qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.