Təchizat və distributorluq üzrə mütəxəssis və aparıcı mütəxəssis

  • Pulsmed
  • Elanın qoyulma tarixi: 13.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş yeri: Bakı

İş rejimi: 6 günlük 

İş saatı: 09:00-dan 18:00-dək (şənbə 10:00 – 13:00)

Əmək haqqı: Təchizat və distributorluq üzrə mütəxəssis üçün başlanğıc 600-800 AZN. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər.

Vəzifə öhdəlikləri

  • Xarici və daxili bütün satınalma prosesinin təşkili;
  • Xarici və daxili təchizatçıları araşdırmaq, arasından seçim etmək və təchizatçı bazasını daim yeniləmək;
  • Xarici və daxili təchizatçılar ilə işgüzar yazışma və danışıqların aparılması;
  • Sifariş olunan məhsulların ölkəyə çatdırılmasının təşkili;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılaraq rəhbərliyə təqdim edilməsi; 
  • Satınalmaların təşkili ilə bağlı tələb olunan sənədləşmə işlərinin aparılması;
  • Satınalma ilə bağlı hesabat, təqdimat və digər zəruri  sənədlərin hazırlanması.

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil; 
  • Yüksək səviyyədə İngilis və Rus dili biliyi; 
  • Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;
  • Bazarı təhlil etmək bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və  təşkil etmək, komandada işləmək bacarıqları;
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları;
  • Microsoft Office (Word, Excel), 1C proqramlarında işləmə bacarığı.

Üstünlüklər

  • Dərin bilik və bacarıqların inkişaf etdirilməsi üçün korporativ mühit;
  • Əməkdaşlıq etdiyimiz dünyanın aparıcı şirkətlərinin təcrübəsini öyrənmək;
  • Gələcəyin bu sahə üzrə peşəkar mütəxəssisinə çevrilmə imkanı; 
  • Kariyera yüksəlişi imkanı;
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak;
  • Cari fəaliyyət nəzərə alınaraq uğurla icra edilmiş layihələrdən bonus əldə etmək.

Gözləntilər

  • Stress və təzyiq altında işləmək bacarığı;
  • Daim öyrənməyə meyilli olmalı;
  • Kollektivin üzvləri ilə mehriban münasibətlərin qorunmasına diqqət;
  • Rəhbərlik və şöbələr arası subordinasiya qaydalarına əməl edilməsi.

 

 

 

Pulsmed tərəfindən digər vakansiyalar