Çağırı mərkəzi üzrə operator

İşin təsviri

Namizədə tələblər:

  • İş təcrübəsi: Sahə üzrə 6 ay - 1 il iş təcrübəsi arzu olunandır
  • Dil bilikləri: Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti, ingilis dili arzu olunanadır
  • Komputer bilikləri: MS Word, MS Excel
  • Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti
  • İşə planlı yanaşmaq bacarığı
  • Komanda ilə işləmək bacarığı

İş barədə məlumat:

  • Daxil olan zənglərin qəbul olunması, sifarişlərin alınması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurulması
  • Növbəli iş qrafiki ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla)
  • Şikayət və sorğuları idarə etmək üçün bütün müvafiq məlumatları əldə etmək və aidiyyatı üzrə yönləndirmək
  • Müvafiq kampaniyalar barəsində müştəriləri məlumatlandırmaq
  • Müraciətlər üzrə gündəlik hesabatların hazırlanması

Sizə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • İşin həcminə görə əlavə bonuslar
  • Nahar şirkət tərəfindən verilir

Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə e-mail ünvanına göndərməyinizi xahiş edirik.

İşəgötürənin reytinqi

Domino’s Pizza Azerbaijan tərəfindən digər vakansiyalar