İşin təsviri
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- İnformasiya Texnologiyaları, İqtisadiyyat, Maliyyə, Menecment üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
- Sığorta bazarını, sığorta qanunvericiliyi anlamaq, sığorta məhsullarını bilmək, Biznes analitika üzrə sertifikasiyalar;
- Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
- İT analitik, Biznes analitik və ya oxşar sahədə minimum 2 il iş təcrübəsi;
- BI alətlər (Power BI, QlikView və s.), SQL, PL/SQL üzrə biliklərin olması;
- Biznes və texnologiyanın tələblərini anlaya bilmək;
- Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
- Layihələrin idarəedilməsi üzrə təcrübəyə malik olmaq;
- PMP sertifikatının olması arzuolunandır;
- Dil bilikləri- azərbaycan dili- səlis; ingilis və rus dili-arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilindəki cari və yeni biznes proseslərin prosedurlaşdırlmasında iştirak edilməsi;
- Şirkət və məhsullar üzrə proseslərin analiz edilməsi, əlaqəli tərəflərin rəylərinin alınması, təhlil edilməsi və optimizasiya təkliflərinin hazırlanması;
- Proseslərin optimallaşdırılmasında rəqəmsal həllərin tətbiqi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
- Layihələrin idarə edilməsinə dəstəyin göstərilməsi;
- Biznes proseslərin effektivliyinin qiymətləndirilməsi;
- Biznes prosesləri tənzimləyən daxili normativ sənədlərdə məlumatların (prosesin) düzgün əks etdirilməsi, proseslərin mapping-ı (flow chart-ların hazırlanması);
- Proseslərdə risklərin müəyyən edilməsi və aşkarlanan risklərin bəyan edilməsi.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Biznes Analitik) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.