Satış üzrə aparıcı mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət strategiyalarına uyğun olaraq müəyyən edilmiş satış hədəflərinin reallaşdırılması istiqamətində işlərin aparılması, mövcud və potensial müştərilərə məhsulların tanıtımını həyata keçirmək;
  • Satış hədəflərinə çatmaq üçün biznes planlarının hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak etmək;
  • Bazar araşdırması fəaliyyətinin effektiv şəkildə aparılması, yeni müştərilərin tapılması və yaradılmış portfelin effektiv idarə olunması;
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
  • Müştərilərə məhsulun keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi ;
  • Müştərilər üçün qiymət təklifi paketini hazırlamaq;
  • Satış müqavilələrinin bağlanmasına və satış prosesinə nəzarət etmək.
  • Satış strategiyası yaratmaq, inkişaf etdirmək və idarə etmək;
  • Rəhbərliyə görülmüş işlər barədə gündəlik hesabatların verilməsi;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Zəruri hesabatların rəhbərliyə mütəmadi olaraq təqdim edilməsi.

Namizədə tələblər:

  • Ali təhsilli (iqtisadiyyat üzrə)
  • Azərbaycan, rus və ingilis dillərini bilməli
  • İstehsalat üzrə satışda müvafiq vəzifə üzrə 2 il iş təcrübəsi
  • MS Office (Word, Excell, Power Point); proqramlarında işləməyi bilməli
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Ünsiyyət qurma bacarığı.

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • İş yeri: Sumqayıt şəhəri
  • Könüllü tibbi sığorta təminatı
  • Korporativ nömrə
  • Nahar şirkət tərəfindən verilir
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını elektron poçt ünvanına, mövzu hissəsinə “Satış üzrə aparıcı mütəxəssis” yazaraq göndərə bilərlər.