İnsan Resursları üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • AR qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s. əmrlərinin hazırlanması; 
  • Əmək müqavilələrin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, elektron sisteminə daxil edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərin məzuniyyət uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
  • Aylıq tabel və davamiyyətin uçotunu aparılması;
  • Yeni vakansiya üzrə elanların hazırlanması və axtarış kanallarında yerləşdirilməsi;
  • Daxil olan CV-in analiz edilməsi, uyğun namizədlərlə ilkin müsahibələrin aparılması, dəyərləndirilməsi və seçilməsi, keçirilmiş müsahibələrin qeydiyyatının aparılması;
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planı hazırlamaq və icra etmək;
  • Təlimlərin təşkilində iştirak etmək, məkanı, nahar fasiləsini rezerv etmək, təlim materialları hazırlamaq;
  • Təlimin effektivliyi ilə bağlı statistik məlumatları tərtib etmək və onları rəhbərə təqdim etmək;
  • KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsində dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməsi.

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi arzuolunandır);
  • AR Əmək Məcəlləsini bilməli;
  • ƏMAS  elektron sistemində işləmək bacarığı;
  • Azərbaycan dilini yüksək, ingilis dilini orta səviyyədə bilməli, rus dili arzuolunandır;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • İşgüzar yazışma, sərbəst araşdırma və problem həll etmə qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti, dəqiqlik, detallara fikir vermə qabiliyyəti;

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Sumqayıt şəhəri;
  • Korporativ nömrə, könüllü tibbi sığorta;
  • Nahar şirkət tərəfindən verilir;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblərə uyğun namizədlər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.