İşin təsviri
Vəzifə öhdəlikləri:
- Verilmiş layihələrə əsasən Norma və Qaydaların tələblərinə uyğun smetaların hazırlanması.
- Norma və Qaydalarına əsasən normativ sənədlərin hazırlanması;
- Müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlaması
- İstehsalatda texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
- Xammala,materiala, əmək sərfinə qənaəti təşkil edir;
- Məhsulun, işlərin, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejiminin təşkili, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verməsinə nəzarət edir;
- Məhsul hazırlayan istehsal sahələrinin, texnoloji avadanlıqların istehsal güclərinin hesabatlarının aparılmasında yaxından iştirak edir;
- Texnolji sistemlərin layihələşdirilməsi, istehsalat kompleksinin avtomatlaşdırılması təşkil edir.
Namizədə aid tələblər:
-
Müvafiq sahə üzrə ali təhsil
-
AutoCad və MS Office proqramlarını bilməli
-
Layihə və smeta sənədlərinə uyğun material, invertar, işçilik, maşın – mexanizm və s. xərclərinin hesablanma bacarığı.
-
Texniki-təhlükəsizlik qaydalarını bilməli
-
Diqqətli, şaffaf, işində dəqiq olmalıdır
-
Müvafiq sahə üzrə ən az 2-3 illik iş təcrübəsi.
İş şəraiti:
-
5 günlük iş qrafiki;
-
İş yeri: Sumqayıt şəhəri;
-
Nahar şirkət tərəfindən verilir;
-
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
-
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblərə uyğun namizədlər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Smetaçı mühəndis texnoloq” yazaraq göndərə bilərlər