Çağrı mərkəzi operatoru

İşin təsviri

Əsas tələblər:

  • Satış və xidmət sahəsində çağrı mərkəzi, müştəri xidmətləri və ya oxşar pozisiyalarda 1 il iş təcrübəsi
  • Microsoft Office, Outlook proqramları üzrə biliklər (istifadəçi səviyyəsi)
  • CRM proqramları ilə işləmək bacarığı
  • Doğru və aydın tələffüz, yaxşı diksiya və nəzakətli ünsiyyət bacarığı
  • Azərbaycan dili səlis, rus dili üstünlükdür
  • Satış texnikası, biznesin təşkili və idarəedilməsi üzrə ilkin biliklər
  • Müştəri yönümlü olmalı
  • Yaş həddi – 21-35

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan zənglərin cavablandırılması;
  • Satış, kampaniya və servis xidmətləri haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
  • CRM proqram təminatı üzərindən müraciətlərə dair bütün lazımi məlumatların doldurulması;
  • Xidmət keyfiyyətinin ölçülməsi və müxtəlif sorğular üçün zənglərin edilməsi;
  • Müvafiq kriteriyalar əsasında hesabatların təqdim olunması; 
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

Əmək şəraiti:

  • 6 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Çağrı mərkəzi operatoru” yazaraq öz şəkilli CV-lərini e-mail ünvanına yollaya bilərlər.